Gənc ifaçılar
arasında mutasiya problemi geniş yayılıb
Arif müəllimin əlavəsinə görə,
Qarabağın işğalından əvvəl o, mutasiya
dövründə səsi batan xanəndələrə nadir
hallarda rast gələrdi: "Qarabağ torpağının
yetişdirdiyi insanların əksəriyyəti gözəl
səsə malik olur. Bakıya gəlib məktəb
keçəndən sonra
onlar bu istedadı peşəkar səviyyədə göstərə
bilirlər. Amma bizim dövrdə səs batmaq problemi nadir hallarda özünü göstərirdi. İndi 2-3 uşaqdan birində
səs dəyişir və təhlükəli dövrü aşandan sonra bəziləri əvvəlki qaydada oxuya bilmirlər. Biz əlimizdən gələn qədər onlara yol göstərməyə
çalışırıq. Amma səs ilahi vergi olduğundan onu kiməsə bəxş etmək və ya almaq
insanın əlində
deyil".
Söhbəti zamanı xanəndə vurğuladı
ki, son illər gənclər muğam sənətinə böyük
maraq göstərirlər. Xalq artisti bunu sənətin inkişafı ilə yanaşı, dünya səhnəsində təbliğində
də böyük rol oynayacağını bildirdi: "Azərbaycanda
muğam sənətini
tədris edən məktəblərin sayı
kifayət qədərdir.
Gənclərin savadlanması üçün
onlara lazımi imkanlar yaradılıb.
Vacib olan budur ki, onlar
düzgün istiqamətlənməyin
yolunu tapsınlar və savadlı xanəndə kimi yetişsinlər
Mövqe.- 2008.- 13-14 noyabr.-
S. 13.