Zümrüd

Sənət teatr zamanın barometridir

 

Rəzzaq Məmmədov-60

 

Azərbaycanın tanınmış aktyorlarından biri olan Rəzzaq Məmmədov ömrünün 60- baharını səhnədə yaradaraq yaşayır. Onun illərin məsafəsində yaratdığı rollar Rəzzaq Məmmədov sənətinin daim inkişafda olduğunu göstərir. Sənətkar ömrün illərinin zaman keçdiyinin fərqinə varmadan sənət üçün obraz axtarışında olub, insan taleylərini bir ömrün yaradıcılıq tərcümeyi-halına daxil edir. Bəli, mübaliğəsiz Rəzzaq Məmmədovda belə simalar sırasındadır.

1948-ci ilin noyabr ayında anadan olan sənətkar orta məktəbi bitirdikdən sonra teatra böyük maraq hissi və fitri istedadını nəzərə alıb Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayır. Onun ilk yaradıcılıq uğurları da bu sənət məkanından başlayıb. Rəzzaq Məmmədovun maraqlı aktyor ola biləcəyinə böyük inam bəsləyən yaradıcı şəxslər, eləcə teatrın rəhbərliyi xalq artisti rejissor Ağakişi Kazımov Arif Ağayev ona Sabit Rəhmanın "Toy" komediyasında Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında epizodik rolları yaratmağı həvalə edirlər. Bu sənət aləminə uğurla çıxan Rəzzaq Məmmədova böyük etimad göstərib Aleksandr Xmelikinə "Milyonçu Laptev" tamaşasında baş rolu yaratmağı həvalə edirlər. Hər üç tamaşada maraqlı rollar oynayan Rəzzağa teatrda inam çox artır. On doqquz yaşlı Rəzzaq bu teatrda respublikanın görkəmli sənətkarları Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Həsən Qara yaradıcılığından bəhrələnir ali təhsil alaraq, təyinatla bu teatra işləməyə gəlir. Zəngin təcrübəyə malik ən istedadlı gənc aktyorlardan teatr sənətinin bəzi sirlərini mənimsəməyə başlayıb.

1971-ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və Kino Aktyorluğu fakültəsinə qəbul olunan Rəzzaq, həmin ildə ordu sıralarına xidmətə çağırılıb. İki il ordu sıralarında xidmət edəndən sonra yenidən təhsilini davam etdirib. Beləliklə, 1978-ci ildə ali təhsilini başa vuran Rəzzaq Məmmədovu Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris Teatrında aktyor vəzifəsinə işə qəbul edirlər. O, bu teatrın səhnəsində biri-birindən maraqlı rollar oynayıb. Bu rollar sırasında Mirzə Fətəli Axundovun "Sərgüzəşti - Vəziri-xani Lənkəran" komediyasında Vəzir Həbib, "Müsyo Æordan Dərvişi Məstəli şah" komediyasında Hatəmxan ağa, Vasili Şukşinin "Diribaş adamlar" satirik komediyasında Yekəpər, Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsərindo Həsən dayı, Sent- Ekzüperinin "Balaca şahzadə" nağıl-tamaşasında Coğrafiyaşünas, Anarın "Qaravəlli" tamaşasında Qulu Quliyev Şair obrazlarını, E. Labişinin "Mizantrop" əsərində Kəndçi, Bernard Şounun "Avqust başında" tamaşasında Katib, Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" komediyasında Cəbi başqa rolları məharətlə ifa edərək, tamaşaçı məhəbbətini qazanıb.

1989-cu ildə Dövlət Gənclər Teatrını yaradan və Azərbaycan rejissorluğunda öz dəsti-xətti olan, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı Hüseynağa Atakişiyev Rəzzaq Məmmədovu teatra aktyor vəzifəsinə dəvət edib. Elə həmin ildən Rəzzaq Məmmədov taleyini Dövlət Gənclər Teatrı ilə bağlayıb. O, artıq 20 ildir ki, bu teatrın səhnəsində çıxış edərək, biri-birindən maraqlı obrazlar yaradır. 20 ildə tamaşaya hazırlanan yüzə yaxın əsərlərin, demək olar ki, 60-dan çoxunda biri-birindən maraqlı rollar oynayıb.

Rəzzaq Məmmədov yüksək professional aktyor olduğuna görə, onun üçün janr problemi yoxdur. Başqa sözlə desək, səhnə üçün yazılmış bütün janrlardan olan əsərlərdə oynamaq məharəti bu aktyorun xislətindədir. O, komediyada da, dramda da, faciədə özünün böyük potensial gücə, dərin aktyor zəkasına ən əsası isə yüksək fitri istedadada malik olduğunu sübut edir. Oynadığı hər bir rolu obraz səviyyəsinə qaldıra bilir. Böyüklüyündən kiçikliyindən asılı olmayaraq, Rəzzaq Məmmədov hər bir rolu obraz səviyyəsinə qaldırdığına görə rejissorlar həmişə ondan razılıq edirlər. Çünki o, bir aktyor kimi, özü rollarının rejissoruna çevrilir. Oynadığı rolların xarakterik cizgilərini ən kiçik ştrixlərinə qədər tapıb, səhnədə ustalıqla göstərə bilir.

Hər bir akytora isə öz rolunun rejissoru olmaq və səhnədə düşünməyi bacarmaq heç də nəsib olmur. Bunu yalnız böyük erudisiyaya, yüksək elmi-nəzəri-praktik hazırlığa, dərin düşüncəyə, həyati müşahidəyə malik, dünya teatrları ilə yaxından tanış olan, müasir zamanın tələblərini dərindən bilən aktyorlar bacarır. Məhz ona görə , belə aktyorlarla əsil yaradıcı aparmaq rejissora da böyük ruh verir. Antik teatrlarda aktyoru böyük filosoflarla, diplomatlarla müqayisə edirlər. Əslində, bu gün yüksək fitri istedadlı aktyorlara biz belə yanaşmalıyıq, onlara layiq olduğu mükafatları verməliyik. Çünki aktyor teatr zamanın barometri hesab olunur. Aktyor bizim yaxşı pis cəhətlərimizi səhnədən ekrandan bizə göstərən ülvi müqəddəs varlıq, sənət sahibidir. Bu müqəddəs varlıqlar, sənət sahibləri isə həyatda heç bir var-dövlət ardınca qaçmayıb, şöhrətə uymayıb, teatr adlı məbəddə təmənnasız xidmət ediblər. Rəzzaq Məmmədov da bu ali məqsədə xidmət edən aktyorlardandır.

Aktyor Rəzzaq Məmmədovun sənət epopeyasını səciyyələndirən daha geniş informasiya bolluğunu təqdim etmək mümkündür. Onun Dövlət Gənclər Teatrında oynadığı rolların hər birində böyük ustad fitri istedadlı aktyor Rəzzaq Məmmədovun sənət uğurlarını görürük. Bu rollar onun sənətkarlıq xüsusiyyətlərini səciyyələndirən əsas amillərdir.

 

Səs.- 2008.- 6 noyabr.- S. 12.