Avropa Asiya dünya irsi şəhərlərinin qorunması adlı konfrans keçirilib

 

İndoneziyada "Avropa-Asiya dünya irsi şəhərlərinin qorunması" "Avropa-Asiya dünya irsi şəhərlərinin qorunması" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova təmsil edib. Konfransdan qayıdan Sənubər xanım "Səs" qəzetinə bu möhtəşəm tədbirdə müzakirə olunan məsələlər çıxarılan qərarlarla bağlı məlumat verdi.

   O bildirdi ki, YUNESKO-nun dünya şəhərlərinin təşkilatı bölməsinin səyi ilə baş tutan konfransın maraq dairəsi olduqca geniş idi. Belə ki, qeyri-maddi irslə turizm arasında bir əlaqə yaratmaq bunun dünya miqyasında layiqli bir şəkildə təmsil etmək məqsədi daşıyırdı. Konfrans İndoneziyanın qədim şəhərlərindən biri olan Surakart şəhərində keçirilib. Burada olduqca qədim tarixi dövrü əhatə edən qiymətli sənət abidələrinin olduğunu qeyd edən Sənubər xanım burada dünya miqyasındakı nadir sənət abidələri ilə müqayisə oluna biləcək maddi nümunələrin olduğunu bildirdi.

Konfransda Fransa, Yaponiya, Rusiya, Kanada, Dağıstan və digər dövlətləri təmsil edən rəsmi nümayəndələr iştirak edir. İndoneziyanın xarici işlər naziri Həsən Virayuda Mədəniyyət Turzim naziri Cero Valçik, Suriya şəhərinin meri Yako Vidido, YUNESKO-nun təmsilçilərindən Rik Smit başqaları maraqlı məruzələrlə çıxış edərək, qeyri-maddi irsin nümunələrinin qorunub saxlanılması onların dünya səviyyəsində təbliği istiqamətində görüləcək işlərdən söz açmışlar. Dünya dövlətlərindən qədim irs nümunələri çox ciddi nəfis bir şəkildə qorunub saxlanılır. YUNESKO-nun şah əsərlər sırasına daxil olan nümunələr qeyri-maddi irsin qorunması məqsədini daşıyır. Bu baxımdan Azərbaycanın da qeyri-maddi irs nümunələrini YUNESKO-nun şah əsərlər sırasına daxil edilməsi əhəmiyyət daşıyır. Sənubər xanım bu yaxınlarda aşıq sənəti ilə bağlı geniş bir layihənin üzərində işləyərək, onun tarixini, bu sənəti yaşadan şəxslərin fəaliyyətini əks etdirən videomaterialları, arxiv sənədləri YUNESKO-ya təqdim etmişdir.

Sənubər xanım İndoneziyanın qədim çalğı alətləri sırasında olan Yahonun Qavelonu ənənəvi alətinin YUNESKO-nun şah əsərləri sırasına daxil edildiyini bildirdi. Eyni zamanda, onlarda çox qədim bir tarixi dövrü əhatə edən Vatikan sənət növünün qeyri-maddi irs siyahısına daxil olmuşdur. Bu sənət parça üzərində rəsmdir. Konfrans çərçivəsində iştirakçı dövlətlər şəhərlərində turizmin inkişaf etməsi nöqteyi-nəzərindən hazırladıqları plakatları iştirakçılara təqdim etmişlər. Bu tədbirdə iştirak etməyin böyük əhəmiyyət daşıdığını qeyd edən Sənubər xanım dünya dövlətlərinin təcrübəsindən böyük təəssürat əldə edə bilmiş, həmin təcrübənin Azərbaycanda həyata keçirilməsinin məqsədəuyğun olması qənaətinə gəlmişdir. Bu konfransın əhəmiyyətini çözələyən iştirakçı Avropa Asiya dövlətləri arasında sıx əməkdaşlığın yaranmasında konfransın rolunun xüsusi mahiyyət daşıdığını bildirdi. Hər kəs öz şəhərinə məxsus olan maddi mədəniyyət abidələrini layiqli bir şəkildə təqdim etməyi bacarmalıdır. Yaxşı olardı ki, İçərişəhərin qeyri-maddi irs nümunələrini geniş bir şəkildə layihə kimi təqdim edib, buraya turist axınının daha da artmasına imkan yaradaq. "Bu konfrans mənə çox böyük bir təcrübə, eyni zamanda, qeyri dövlətlərin öz mədəni irslərinin hansı bir şəkildə təqdim etmək bacarığına malik olduqları haqda böyük bir təcrübə verdi" deyə Sənubər xanım bu möhtəşəm konfranslarda Azərbaycanın qeyri-maddi irsinə daxil olan abidələrinin plakat layihələrinin tədqiqinə ehtiyac duyduğunu bildirdi.

 

Səs.- 2008.- 13 noyabr.- S. 12.