Anşlaqla keçən
tamaşalar
AzərTAc xəbər verir ki, xalq
yazıçısı Elçinin
“Arılar arasında”
pyesinin tamaşası
ilə Azərbaycan-Türkiyə mədəni
əməkdaşlığına növbəti töhfə
verilmişdir: Milli Dram Teatrının kollektivi qardaş ölkənin üç şəhərində - Tasus,
Konya və Ankarada həmin əsəri teatrsevərlərə
təqdim etmişdir. Qısa müddətdə
- oktyabr ayının üçüncü ongünlüyündə
4 dəfə oynanılan
“Arılar arasında”
əsəri hər dəfə anşlaqla keçmişdir. Tasus şəhərində tamaşanın
səhnəyə qoyulacağını
eşidən qonşu
Mersin şəhərindən
də avtobuslarla qonaqlar teatra gəlmişdilər. Ankarada
isə tamaşaya baxanlar sırasında tanınmış mədəniyyət,
ədəbiyyat xadimləri,
rəsmi şəxslər
olmuşdur. Yerli və xarici KİV nümayəndələri tamaşaya
böyük maraq göstərmişlər.
Əməkdar
incəsənət xadimi Bəhram Osmanovun rejissorluğu
ilə səhnə həllini tapan əsərin süjeti
sadə olduğu qədər də maraqlı və
düşündürücüdür. Şəhər həyatının
səs-küyü, tükənməyən problemləri
Babanı (xalq artisti Nurəddin Mehdixanlı) sakit bir guşədə, təbiətin qoynunda arılar arasında məskunlaşmağa vadar
etmişdir. Ailənin digər üzvləri
- Qadın (xalq artisti Firəngiz Mütəllimova), Ər (əməkdar artist Cəfər Namiq Kamal), Lyala (əməkdar artist Münəvvər Əliyeva),
Zülya (Şəhla
Əliqızı), Caba
(Rəşad Bəxtiyarov),
eləcə də Dayə (əməkdar artist Mətanət Atakişiyeva) şəhərdə
sıxıntılı,
darıxdırıcı günlərini
yaşayırlar. Bir gün onlar Babanı ziyarət etmək qərarına gəlirlər. Ailə üzvlərinin Baba
ilə görüşü
səhnəsi düşündürücü
və ibrətamizdir. Əsərin finalına doğru Babanın fikirlərində ciddi dəyişikliklər baş
verir: o, arıların arasında yaşamağa üstünlük
versə də, ünsiyyətə, həmsöhbətə,
həmdərdə böyük
ehtiyat hiss edir. ...Dayə də arıların arasını seçir.
Tamaşanın
quruluşçu rəssamı Altay Sadıxzadədir, musiqisi
əməkdar incəsənət xadimi Fərəc Qarayevindir.
Qastrol səfərinə
Milli Dram Teatrının direktoru əməkdar mədəniyyət
işçisi Maqbet Bünyadov rəhbərlik
etmişdir. O, uğurlu
qastrol səfərindən
danışarkən demişdir:
-Hazırda Milli Dram
Teatrının binasında əsaslı təmir işləri
aparıldığından biz şəhərimizin digər
teatrlarında, respublikanın rayonlarında tamaşalar
göstərməyə hazırlaşırıq. Eyni zamanda, Azərbaycan
teatrının 135 illiyi
münasibətilə Türkiyəyə
növbəti qastrol səfərimiz də gözlənilir.
İki sahil.- 2008.- 11 noyabr.- S. 8.