İbrahimova S.
Təranə
Muradova hüquqşünas oldu
27 ildir
səhnədən oyunlarını izlədiyimiz
rəqqasə, Xalq artisti Təranə Muradovanın
şəxsi həyatında maraqlı məqamlar çoxdur. Bu barədə "Kaspi"yə açıqlama verən rəqqasə xanım əvvəlcə bildirdi ki, 4 yaşından bu sənətlə məşğul olmağa
başlayıb. Sonradan
fikrini dəyişib balerina olmaq istəyən T.Muradova anasının qəti etirazından sonra yenidən milli rəqslər oynamağa davam edib. Uzun
illərdən sonra həyat yoldaşı onun sənəti qarşısında bəzi
qadağalar qoymaq istəyib. Lakin Təranə xanımın
inadkarlığı onu
bu günə kimi səhnədə saxlaya bilib: "Anamın etirazından sonra Xoreoqrafiya məktəbinə daxil oldum. Təhsilimi başa vurandan sonra özümdən yaşca çox böyük olan bir insanla ailə
həyatı qurdum. Atam olmadığı üçün onu həm ata, həm
də dost kimi görürdüm. Etiraf edim ki,
həmişə yaşıdlarımla
dil tapmaqda çətinlik çəkmişəm,
özümdən yaşca
böyük insanlarla ünsiyyət qurmağım
daha asan başa gəlirdi".
Təranə xanımın
əlavəsinə görə,
həyat yoldaşı
onun ilk məhəbbəti olub. Onu ilk dəfə
görəndə, "mənim
bəxtimdir" deyib.
Sonradan isə öyrənib ki, həmin insan Xalq artisti Roza
Cəlilovanın qarşadıdır:
"Həyat yoldaşım
düşünürdü ki, ilk övladımız
dünyaya gələndən
sonra sənəti tərk edəcəyəm.
Lakin onun istəyi heç bir rol oynamadı.
Övladım həyata
gələndən 5 gün
sonra işə çıxdım".
Bu gün qızının
atasının yolu ilə getdiyini vurğulayan Təranə xanım onun rəqqasəliyi deyil, hüquqşünaslıq sənətini
seçdiyini deyir. Hətta ailəsinin hüquqa olan həvəsi Təranə
xanımın hisslərinə
də təsir göstərib: "Mən
bu il Moskvada
qiyabi təhsil alaraq hüquqşünaslığı
bitirdim. İlk ali təhsilimi isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində almışam.
Bir oğlum da var, hazırda
əsgərdir".
Kaspi.- 2008.- 21 noyabr.- S. 16.