Tacikistanda Azərbaycan Mədəniyyəti
Günləri keçirilir
Tacikistanda
Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət və
Turizm Nazirliyindən verilən məlumata görə, mədəniyyət
günlərində Azərbaycanı
nazir Əbülfəs
Qarayevin rəhbərlik
etdiyi nümayəndə
heyəti təmsil edir. Düşənbəyə
səfər edən Azərbaycan nümayəndə
heyəti 5 gün müddətində ölkəmizin
mədəniyyətini təbliğ
edəcəklər. Azərbaycan
Mədəniyyəti Günlərinin
proqramına Dövlət
Xalq Çalğı
Alətləri Orkestri
və Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının ifasında iki böyük möhtəşəm
konsert daxildir. Konsert proqramında Azərbaycan bəstəkarlarının
əsərləri ilə
yanaşı, Azərbaycan
xalq musiqisi, təsniflər, muğamlar
geniş təmsil olunub. Mədəniyyət
proqramlarına sərgi
də daxil edilib. Bu milli
dekorativ sənət sərgilərdir. Dekorativ sərgi ilə yanaşı, ölkəmizin
görməli yerlərinə
həsr olunan foto stendlər də nümayiş olunacaq. Həmçinin taciklər üçün
hədiyyə olaraq Jalə Yusifovanın ifasında tacik milli rəqsi və tacik mahnıları
təqdim ediləcək.
Mədəniyyət günləri
çərçivəsində rəsmi şəxslər
və ziyalılarımızın
işgüzar görüşləri
də olacaq. Qeyd edək ki, ötən il Azərbaycanda da Tacikistan Mədəniyyət
Günləri keçirilib.
Mövqe.- 2008.- 11-12 noyabr.- S. 3.