Təranə
Bakı - İslam mədəniyyətinin
paytaxtı
2001-ci ilin
dekabrında Dohada keçirilən mədəniyyət
nazirlərinin III İslam
Konfransı İslam Təhsili, Elm və Mədəniyyət
Təşkilatının (İSESKO) təklif etdiyi "İslam mədəniyyətinin
paytaxtları" ilkin
proqramını təsdiqləyən
qətnamə qəbul
edib. Qətnaməyə əsasən, İslam
Konfransı Təşkilatına
üzv dövlətlərin
təklif edəcəkləri
şəhərlər arasından
İSESKO Ərəb, Asiya
və Afrika regionlarının hər biri üçün bir şəhər olmaqla hər il üç şəhər seçməli
idi. Elə həmin konfransda Səudiyyə Ərəbistanında
yerləşən Məkkə
Əl Mükərrəm
şəhərinin İslam
mədəniyyətinin ilk
paytaxtı kimi qeyd olunması qərara alınıb.
Xarici işlər nazirlərinin 29-cu İslam
Konfransının məsələ
ilə əlaqədar
qəbul etdiyi qətnaməyə əsasən,
İSESKO İslam mədəniyyətinin
paytaxtları proqramının
konsepsiyasını hazırlayıb.
Konsepsiyaya görə,
Məkkə şəhərindən
sonra Ərəb, Asiya və Afrika
regionlarından 30 şəhərin
10 il ərzində İslam mədəniyyətinin
paytaxtları kimi qeyd olunması təklif olunub.
Mədəniyyət nazirlərinin
15-17 dekabr 2004-cü il
tarixlərində Əlcəzairdə
keçirilən IV İslam
Konfransı 2005-2014-cü illər
üçün nəzərdə
tutulmuş İslam Mədəniyyətinin Paytaxtları
proqramını təsdiqləyib.
Proqrama əsasən, hər hansı bir şəhərin İslam
mədəniyyətinin paytaxtı
kimi qeyd olunması üçün
həmin şəhər
ölkə və region səviyyəsində
mühüm tarixi keçmişə, həm
İslam, həm də bəşər mədəniyyətində elm,
incəsənət, ədəbiyyat
sahəsindəki töhfələrinə görə xüsusi yer tutmalı, elmi tədqiqat mərkəzləri,
əlyazma kitabxanaları,
arxeoloyi təhsil mərkəzlərinə, fərdi
və kollektiv şəkildə mədəni
tədbirlər təşkil
edən mədəniyyət
qurumlarına malik olmalıdır.
Ötən ilin noyabrında isə Liviyanın Tripoli şəhərində Mədəniyyət
Nazirlərinin V İslam
Konfransı keçirilib.
Həmin
tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub. İclas zamanı Ə.Qarayev Bakı şəhərinin "İslam
Mədəniyyətinin Paytaxtları"
proqramında müəyyən
edilən bütün
meyarlara tamamilə uyğun gəldiyini təsdiqləyən geniş məruzə ilə çıxış
edib və 2009-cu ildə Bakı şəhərinin İslam
Mədəniyyətinin Paytaxtı
kimi qeyd olunması təklifini irəli sürüb. Azərbaycan nümayəndə
heyətinin təklifi
iclas iştirakçıları
tərəfindən yekdilliklə
qəbul olunub və konfrans nəticəsində qəbul
olunan qətnaməyə
əsasən, Bakı
şəhəri 2009-cu il
üçün İslam
mədəniyyətinin paytaxtı
elan olunub. Mədəniyyət nazirlərinin
növbəti ÜI konfransının
Bakıda keçirilməsi
qərara alınıb.
Kaspi.- 2008.- 28 noyabr.- S. 11.