Vahidoğlu O.

 

“Hərəyə bir nar”

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı tərəfindən paytaxtın mərkəzi küçələrində “Hərəyə bir Nar” devizi altında aksiya keçirilib

 

Azərbaycanın hər guşəsi bir neməti ilə məşhurdur. Yurdumuzun təbii sərvətləri içərisində nar özünəməxsus yer tutur. Göyçay rayonunun şan-şöhrəti isə tarixən narçılıqla bağlı olub. Hazırda Azərbaycanda istehsal olunan nar şirələri ekstraktları dünya bazarına çıxarılır. Göyçayda təxminən 3 min hektar sahədə nar yetişdirilir. Torpaq mülkiyyətçiləri hər il 23-24 min ton nar istehsal edirlər. Məhsulun təxminən 60 faizi Rusiyaya ixrac olunur.

Azərbaycan yeganə ölkədir ki, burada narın bütün növləri yetişdirilir. Dillər əzbəri olangülöyşənar sortu yalnız Azərbaycanın dilbər guşəsi Göyçayda yetişir. Göyçayda narın hətta yabanı növünə rast gəlmək olar. Hər il Göyçayda keçirilənNar bayramıhəm narın vətəninin Azərbaycan olduğuna bir sübutdur. Nar müqəddəs meyvədir qeyd edək ki, “Qurani Kərim bir neçə dəfə narın adı çəkilir. Nar Azərbaycan folklorunda, insan məkan adlarında artıq tarixə çevrilmişdir. Odur ki, narın Azərbaycanda qədim ənənələrinin olduğunu əslində bəşəri bir sərvət olduğunu təbliğ etməyi özümüzə borc bilirik.

Qeyd edək ki, hər il olduğu kimi bu il də Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Nar bayramı” keçirilir. Bu il isə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) da bu bayramın keçirilməsi ilə bağlı tədbirlərə qoşulur AzərbaycandaNar həftəliyi start verir.

“İRƏLİ” ÜGH-nin mətbuat katibi Tinatin Vəliyevanın verdiyi məlumata görə, həftəlik çoxsaylı tədbirlərlə yanaşı, dünən saat 15:00-dan etibarən “İRƏLİ” ÜGH gəncləri tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində-Nizami, Xəqani, Rəsul Rza küçələrində “Hərəyə bir Nar” adlı aksiya keçirilib. Aksiyanın məqsədi insanlarımız arasındaNar festivalı təbliğ etməkdir. T.Vəliyeva onu da bildirdi ki, nar həftəliyi noyabrın 5- xarici ölkə səfirliklərinə Göyçaydan nar sovqatlarının çatdırılması ilə davam edəcək.

Bayram tədbiri ilə əlaqədar rayonda xüsusi proqram hazırlanıb. Göyçay şəhərində təmizlik-abadlıq işləri görülüb, küçələr parklar bayramsayağı bəzədilib. “Nar bayramına dəvət edilən 300-ə yaxın qonaq arasında nazirlər, deputatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, xarici yerli adamları da var. Tədbir çərçivəsində rayondakı istehsal müəssisələrinin emal etdiyi müxtəlif çeşidli nar məhsullarından ibarət sərgi təşkil ediləcək, fərdi təsərrüfat sahibləri tərəfindən təxminən 35 növdə yetişdirilən nar onlardan hazırlanan müxtəlif növ məhsullardan ibarət satış yarmarkası keçiriləcək.

“Nar bayramı” incəsənət ustalarının konsert proqramı ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq. Tədbirin sonunda isə Bakı şəhərindəNar fotosərgisitəşkil ediləcək.

İki sahil
.- 2008.- 5 noyabr.- S. 12.