Amerika dirijoru Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxış etmişdir

 

AzərTAc xəbər verir ki, noyabrın 7-də amerikalı dirijor, ABŞ-ın Oksford orkestrinin baş dirijoru və rəhbəri Rikkardo Averbaxın Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripkaçı, xalq artisti, professor Zəhra Quliyeva və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konserti olmuşdur.

Konsertdə Alberto Nepomusenin, S.Barberin, P.Vladigerovanın, Villa Lobosun, P.Çaykovskinin, Azərbaycan bəstəkarı, xalq artisi Sevda İbrahimovanın əsərləri səsləndirilmişdir.

 

Azərbaycan.- 2008.- 8 noyabr.- S. 6.