Cəfərov A.

 

“Modern cizgilərdə Anadolu motivləritəqdim olundu

Dünən Bakı Əyləncə Mərkəzində Türkiyənin tanınmış modelyeri Ahmed Özceylanın “Modern cizgilərdə Anadolu motivləriadlı kolleksiyası nümayiş olunub.

Türkiyənin ölkəmizdəki səfirliyinin TÜSİAB-ın qadın qolunun təşkilatçılığı ilə düzənlənən tədbirdən əldə olunan vəsait 149 saylı Ağdam qaçqın məktəbinə yardım kimi veriləcək.

Bu mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfirinin həyat yoldaşı Günay Kılıç qədim osmanlı-türk geyimlərinin böyük bir zövqlə müasir dəbə uyğunlaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu kolleksiya dünənimizlə bu günümüz arasında mədəni körpü salmaqda mühüm rol oynayır. Qeyd edək ki, bu tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, eləcə respublikamızda  fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin nümayəndələri adamları da iştirak ediblər.

 

Zaman.- 2008.- 27-28 noyabr.- S. 2.