Gürcüstanla mədəni əlaqələrin möhkəmlənməsinə daha bir töhfə

 

“Azərsun Holdinq”in sponsorluğu ilə “Ba­tu­mi” Ansamblı Bakıda konsert verib

 

Noyabrın 25-də Gürcüstanın "Batumi" vokal ansamblı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edib. Tədbir Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı "Azərsun Holdinq"in maliyyə dəstəyi ilə təşkil olunub. Konsertdə xarici dövlətlərin ölkəmizdəki fövqəladə səlahiyyətli səfirləri, dövlət hökumət rəsmiləri, eləcə ictimaiyyət nümayəndələri iştirak ediblər. Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladze Azərbaycanla Gürcüstan arasında mədəni dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunu qeyd edib. Bu əlaqələrin möhkəmlənməsinə bunun bariz nümunəsi olan konsert proqramının təşkilində verdiyi dəstəyə görə "Azərsun Holdinq"in rəhbərliyinə dərin təşəkkürünü bildirib. Daha sonra ansamblın xormeysteri həmçinin aparıcısı Nodar Vaşanidze çıxışında, vokalistlərin peşəkarlığından repertuarlarına məşhur gürcü bəstəkarlarından olan Casunqa Kaxidze, Revaza Laqidze Qeoqqiya Tsabazdenin əsərlərini daxil etdiklərini bildirib. Məşhur "Batumi" ansamblı konsertə Azərbaycanın Gürcüstanın himni ilə başlayıb. Rəngarəng repertuarı ilə, 13 nəfərdən ibarət olan ansambl həm xor, həm solo mahnılarla yanaşı, Azərbaycan musiqisinə müraciət edərək "Bəri gəl" mahnısına duet oxuyub.

 

Üç nöqtə.- 2008.- 27 noyabr.- S. 13.