Xatirə

 

“Ən yaxın dostum Zeynəb Xanlarovadır”

 

Yaxşı rəfiq etibarlı sirdaşdır

 

Türkiyənin pop-starlarından biri, gözəl müğənni Ebru Gündeş artıq Bakıdadır. Bəs Ebru bizim tamaşaçı üçün darıxıbmı?: "Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, biz bir millət, iki dövlətik. Azərbaycan da mənim üçün Türkiyə kimi doğmadır. Əlbəttə, darıxmışam. Çünki bura mənim vətənimdir. Mən hamını salamlayıram. Xüsusən Zeynəb Xanlarovanı. Burada mənim dostlarım çoxdur, ancaq ən yaxın dostum Zeynəb Xanlarovadır. Mən onu öpürəm bağrıma basıram. O bilir ki, mən onu çox istəyirəm. Mən Zeynəb xanımla görüşmək arzusundayam. Ümid edirəm o da məni sevir".

Ebru Bakı səfərinə sevgilisi Osmantan Erkırla gəlməməsinin səbəblərini də açıqladı: "Onun həddən artıq işləri olduğu üçün məni tək yola saldı. Həm o, "Popstar-alaturka" musiqi yarışmasının rəhbəridir deyə, heç cür vaxtı olmur".

Ebru Gündeşin "Evet" adı altında keçirilən konserti noyabrın 26-da Heydər Əliyev adına sarayda keçirildi. Konsertin təşkilatçısı "Art Community" prodüser mərkəzinin direktoru Elman Sidqiyayev idi. Bildirək ki, konsert həddən artıq anşlaqla keçdi. İnsanlar Ebru Gündeşi səhnədən buraxmaq istəmirdilər. Müğənni isə ən hit mahnılarını Azərbaycan tamaşaçıları üçün ifa etdi. Ebru Gündeş bu həftənin şənbə gününə qədər Bakıda olacaq paytaxtımızın görməli yerlərini gəzəcək.
   

Həftə içi.- 2008.- 27 noyabr.- S. 8.