Gürcüstan Dövlət Akademik Teatrının Bakı səfəri davam edir

 

Məlum olduğu kimi, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrı noyabrın 3-dən 8- kimi Bakıda qastrol səfərindədir. Bu teatrının Bakıya son qastrol səfəri 40 il bundan əvvəl baş tutub, o zaman Azərbaycan teatrsevərlərinin sənət aləmində baş verəcək bu hadisəyə marağını təsəvvür etmək mümkün deyil. Səfər müddətində bu günlərdə 70 illiyini qeyd edən məşhur gürcü rejissoru, teatrın bədii rəhbəri Robert Sturua dünyaca məşhur bəstəkar Qiya Kançeli Bakıdadırlar. Onların hər birini Azərbaycanla, onun sənət dünyası ilə bağlayan qırılmaz tellər var. Əslində, bu qastrolları dünya şöhrətli rejissor Robert Sturuanın 70 illiyinə Azərbaycan teatr ictimaiyyətinin ithafı kimi dəyərləndirmək olar. Bakıya gələn 39 nəfərlik aktyor heyətinin tərkibində sənət taleyi milli kinomuzla bağlı olan, "Ad günü" "Əhməd haradadır" filmlərində baş rolları yaratmış aktyorlar da var. Onlardan "Ad günü"ndə maraqlı obraz yaratmış David Uplisaşvili Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatıdır.

Gürcü aktyarları ilk gün Azərbaycan tamaşaçısı qarşısına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində İ.Çavçavadzenin "O, insandırmı?" əsəri əsasında rejissor Robert Sturuanın quruluşunda eyniadlı əsəri təqdim etdi. Tamaşada əsas rollarda teatrın aparıcı aktyorlarından Tatuli Dolidze, Davud Uplesaşvili, Marina Kahtiyani başqaları çıxış etdilər. Tamaşanın bəstəkarı Giya Kançeli, rəssamı Mirian Şvelidzedir. Gürcü aktyorlarının ifasında təqdim olunan tamaşa alqışlarla qarşılandı.

Qeyd edim ki, dünən Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik teatrı Bakıda dünən daha bir tamaşa ilə çıxış etdi. Bu D. Kldiaşvilinin "Darispanın iztirabları" birpərdəli ekssentrik tragikomediyadır. Tamaşanın quruluşçu rejissoru Robert Sturua, Zaza Papuaşvili, rəssamı Mirian Şvelidze, bəstəkarı Giya Kançelidir.

Bakılı teatrsevərləri daha bir tamaşa gözləyir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 7 noyabrda təqdim olunacaq Vilyam Şekspirin "Hamlet" iki hissəli faciəsinin rejissoru Robert Sturua, səhnəqrafiya geyimlərin müəllifi Mirian Şvelidze, bəstəkarı Giya Kançelidir. Təqdim edilən tamaşalar rus dilinə sinxron tərcümə olunur

 

Səs.- 2008.- 6 noyabr.- S. 12.