Metronun
İçərişəhər stansiyası ərazisində
yeraltı tikililər
aşkarlanıb
Metronun
"İçərişəhər" stansiyası
ərazisində aparılan təmir işləri zamanı iki
növ yeraltı tikili aşkar edilib. Bu
barədə "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov məlumat verib.
O bildirib ki, yeraltı tikilinin biri quyunu xatırladır
və XVI əsrə aid tarixi abidə
olduğu ehtimal edilir. Keçmiş Qubernator bağında aşkarlanan yeraltı xətdə isə araşdırma davam edir, onun konkret
hansı dövrə aid olduğu dəqiqləşdirilir.
Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktor müavini Nəcəf Müseyibli
hələlik əraziyə dəvət edilmədiklərini
bildirib: "Azərbaycanda arxeoloji tədqiqatların
mərkəzi bizim institut hesab edilir. Mövcud
qanunvericiliyə görə,
aparılan hər hansı qazıntı zamanı tarixi abidə aşkar edilərsə, tikinti dərhal dayandırılmalı
və tikintini aparan təşkilat tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinə və bizim instituta müraciət olunmalıdır.
Güman edirik ki, ərazidə aşkar edilən maddi tapıntının tədqiqatı üçün
institutumuza müraciət
ediləcək".
Təzadlar.- 2008.- 15 oktyabr.- S. 12.