Əliyev Ə.
Oktyabrın 27-də
Avropa Şurasının (AŞ) Parisdəki ofisində qurumun
mədəniyyətnazirlərinin Bakıda
keçiriləcək konfransına hazırlıq
məsələsi müzakirə edilmişdir.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri,
mədəniyyət nazirinin müavini Sevda
Məmmədəliyeva AzərTAc-ın xüsusi
müxbirinə müsahibəsində yığıncağın
yekunlarını şərh etmişdir. Nazir müavini
demişdir:
- Dekabrın 2-3-də
Azərbaycan paytaxtında Avropa Şurası
mədəniyyət nazirlərinin
mədəniyyətlərarası dialoqa həsr olunmuş
beynəlxalq konfransı keçiriləcəkdir. Ölkəmizin həyatında mühüm
hadisəyə çevriləcək
bu mötəbər tədbirə hazırlıqla
əlaqədar Parisdə
işçi qrupunun
sonuncu yığıncağı
olmuşdur. Burada konfransda qəbul ediləcək sənədlər,
eyni zamanda, tədbirin təşkili ilə bağlı praktiki məsələlər
geniş müzakirə
olunmuşdur.
Yığıncaqda
Avropa Şurasının mədəniyyət, mədəni
və təbii irs üzrə direktoru Pobert Palmer, katibliyin
əməkdaşı Katrin Merkl, həmçinin AŞ-nin
mədəniyyət üzrə rəhbər komitəsinin
sədri Dayana Dayonova, sədr müavini və büro
üzvləri iştirak etmişlər.
Bakıda
keçiriləcək konfrans zamanı qəbul olunacaq bəyannamə
və onun statusu ətrafında geniş fikir mübadiləsi
aparılmışdır. Təbii ki, bununla bağlı
bütün sənədlər
müzakirə edildikdən
sonra Avropa Şurasının üzvü
olan dövlətlərə
göndəriləcəkdir. Eyni zamanda bu sənədlər
rəy verilmək üçün konfransa dəvət olunacaq qonşu region ölkələrinə də
təqdim ediləcək
və müzakirələr
aparılacaqdır. Ölkəmizdə
keçiriləcək beynəlxalq
konfransda yalnız Avropa Şurasına üzv ölkələr deyil, eyni zamanda,
müşahidəçi
statusuna malik beş dövlət, habelə qonşu regionlardan 12 ölkə iştirak edəcəkdir.
Konfransda daha çox islam ölkələrinin iştirakı
nəzərdə tutulmuşdur.
Artıq 20
ölkənin mədəniyyət naziri, 12 dövlətin nazir
müavini, AŞ-nin baş katibi Terri Devis, İSESKO, ALEKSO
və TüRKSOY təşkilatlarının baş
katibləri konfransda iştiraka razılıqlarını
vermişlər. Bir sıra
ölkələrin nümayəndələri
isə iştirakla bağlı cavablarını
noyabrın ilk həftəsində göndərəcəklərini
bildirmişlər.
Bakıda
keçiriləcək konfrans həm Avropa ölkələri,
həm də qonşu regionlar arasında
mədəniyyətlərarası dialoq mövzusunda
əməkdaşlıq məsələsinə həsr
olunacaqdır. Bu əməkdaşlıqda
Azərbaycan tərəfinin
əsas məqsədi
Bakı prosesinin əsasını qoymaq, başqa sözlə, Şərq və Qərb sivilizasiyalarının
yaxınlaşmasında, inkişaf
etdirilməsində ölkəmizin
körpü rolu oynamasına nail olmaqdır.
Azərbaycan.- 2008.- 28
oktyabr.- S. 4.