Qafqaz sahil hoteli müasir tələblərə cavab verir

 

Prezident İlham Əliyev oktyabrın 8-də Lənkəranın yeni turizm obyekti – “Qafqaz Sahil” hoteli ilə tanış olmuşdur.

Xəzər dənizinin sahilində yerləşən hotelin inşasına 2006-cı ilin sonlarından başlanmışdı. Hotel birnəfərlik və ikinəfərlik 19 standart, 5 lüks nömrədən, 18 kottecdən ibarətdir. Onların hər birində vanna otağı, mini bar, telefon, kondisioner, televizor vardır.

Bir hektarlıq ərazidə qonaqların turistlərin istirahət vaxtlarının səmərəli keçməsi üçün 120 yerlik restoran, 22 yerlikXəzərbarı, fitnes mərkəzi, “Vitamin” barı, uşaq əyləncə mərkəzi, hovuz, sauna, bərbərxana, ticarət mərkəzi vardır. Hoteldə xüsusi hazırlıq keçmiş 40 nəfərlik xidmət heyəti çalışır. Ərazidə dekorativ ağac güllərdən ibarət gözoxşayan yaşıllıq salınmış, müxtəlif quş heyvan fiqurları qoyulmuşdur.

Prezident İlham Əliyev burada yaradılan şəraiti yüksək qiymətləndirdi, ölkəmizdə turizmin inkişafı baxımından bu cür obyektlərin zəruriliyini vurğuladı.

 

Xalq qəzeti.- 2008.- 9 oktyabr.- S. 4.