"Almaniya bir rəssamın gözü ilə..."

 

Dünən Dövlət Rəssamlıq Akademiyasında "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Qız qalası" rəsm qalereyası, ''Kapital Bank" və "Standart İncurance"nın təşkilatçılığı ilə keçirilir. Sərginin açılışında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Almaniya ilə Azərbaycanda arasında mədəni əlaqələrinin genişlənməsinə sevindiyini bildirib. Səfir bu sərgilərin ənənə halını aldığını vurğulayıb. Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tələbələrin bu cür sərgilərdə fəallıq göstərdiyini bildirib. Sərgidə mövzu ilə bağlı rəsm əsərləri nümayiş olunub və qalib rəssamlar diplomla təltif olunublar. Qeyd edək ki, sərginin nümayişi oktyabrın 16-dək davam edəcək.

 

Xalq cəbhəsi.- 2008.- 7 oktyabr.- S. 14.