Azərbaycan Prezidenti İlham Əliyev Rəssamlar İttifaqının əsaslı təmir edilmiş yenidən qurulmuş binası ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də respublika Rəssamlar İttifaqı binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Memarlıq abidəsi olan bu bina 1926-cı ildə tikilmişdir. Rəssamlar İttifaqı binanın birinci mərtəbəsində yerləşir. Burada həm Vəcihə Səmədova adına sərgi salonu fəaliyyət göstərir. Ötən müddətdə burada əsaslı təmir bərpa işləri aparılmamışdı. Prezident İlham Əliyevin tarixi binaların əsaslı təmir bərpası ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, keçən ilin martında burada ilk dəfə yüksək səviyyədə bərpa yenidənqurma işləri görülmüşdür.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı sərgi salonunda nümayiş etdirilən rəsm əsərlərinə baxdı.
Prezident təmir bərpa işlərindən razı qaldı.


Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 2.