Azərbaycan rəssamlıq məktəbi müasir dövrünü yaşayır

 

Ənvər Qarayev: "Müasir Azərbaycanda müasir tətbiqi və xalq sənəti" ensiklopediyası hazırlanacaq"

 

Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı əsasında, paytaxtımızda olan bir çox sənət məbədləri təmir və bərpa işləri məqsədilə fəaliyyətini dayandırmışdır. O cümlədən, Azərbaycan Rəssamlar İttifaqı da bu sırada olan mədəniyyət ocaqlarındandır. Teatr sənət ocaqlarının təmirə dayandırılması heç sənətkarların fəaliyyət dairəsinin genişlənməsinə mane olmamışdır. Sənətkarlar, yaradıcı kollektivləri əsərlərini müxtəlif məkanlarda təqdim edib sənətsevərlərlə əlaqələrini daha da genişləndirirlər. Artıq təmir bərpa işləri bir çox müəssisələrdə tamamlanmaq üzrədir bəziləri isə istifadəyə verilmişdir.

Rəssamlar İttifaqının son on gündə açılışı nəzərdə tutulub. Bu haqda "Səs" qəzetinə məlumat verən Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayevin sözlərinə görə, ittifaqın ilk açılış günü korifey sənətkarların əsərlərindən ibarət sərgi nümayiş olunacaqdır. Bu sənətkarlar sırasına Səttar Bəhlulzadə, Kamil Nəcəfzadə, Altay Hacıyev digər rəssamların əsərləri daxildir. Ə.Qarayev ittifaqın fəaliyyəti ilə bağlı onu da bildirdi ki, yaxın zamanlarda YUNESKO-nun xətti ilə "Müasir Azərbaycanda müasir tətbiqi xalq sənəti" ensiklopediyası hazırlanacaq. Bu, Azərbaycan rəssamlıq sənəti tarixində belə məzmunda olan ilk nəşrdir. Ensiklopediyaya xalq tətbiqi sənətinin müxtəlif növlərini - xalça, qobilen, metal s. sənət nümunələri daxil ediləcək. Ensiklopediyada bu ya digər rəssamlıq janrında yaradan sənətkarların həyat, fəaliyyəti haqqında məlumat, onların əsərləri daxil ediləcək. 200 səhifədən ibarət olacaq rəngli ensiklopediya iki dildə - Azərbaycan ingilis dillərində nəşr olunacaq. Belə bir nəşrin hazırlanmasında əsas məqsəd dünya ölkələrində Azərbaycanın tətbiqi xalq sənətini tətbiq etməkdir.

Ənvər Qarayevin ittifaqın nəzdində baş verən bir sıra dəyişikliklərə də nəzər saldı: "Rəssamlar İttifaqının təşəbbüsü ilə yeni bir qrup fəaliyyətə başlayıb. Bu "Miniatür" qrupu adlanır. Qrupun üzvləri Altay Hacıyev, Arif Hüseynov, Orxan Hüseynov, Nüsrət Hacıyev, Rafiq İsmayılovdur. Qrup, mütəmadi olaraq, Azərbaycanın qədim sənət növü olan miniatür əsərlərin nümayişinə üstünlük verəcək. Bununla yanaşı, ittifaqın təşəbbüsü ilə "Art XXI əsr" qrupu da yaradılıb. Qrupa rəhbərlik mənim üzərimə düşüb. Bu qrupa respublikanın xalq rəssamları Fazil Nəcəfov, Mirnadir Zeynalov, əməkdar rəssamlar Nazim Rəhmanov, Hüseyn Haqverdiyev daxildir. Qrupun əsas məqsədi tətbiqi sənət qrafik əsərlərə üstünlük verəcək bu janrda olan əsərlərin sərgilənməsinə çalışacaqlar.

Adlarını qeyd etdiyimiz hər rəssamın beş rəngkarlıq, üç qrafik əsərlərindən ibarət sərginin nümayişi nəzərdə tutulub." Ənvər Qarayev bildirdi ki, sərgidə bütövlükdə hər rəssamın 8 əsərindən ibarət 40 sənət nümunəsi təqdim olunacaq. Azərbaycan rəssamlarının fəaliyyət dairəsi təkcə respublikada nümayiş etdirilməklə məhdudlaşmır. Milli sənət nümunələri dünyanın müxtəlif ölkələrində böyük rəğbətlə qarşılanır. Azərbaycan mədəniyyəti günlərində, eləcə , bir çox festival müsabiqələrdə rəngkarlıq, qrafika, heykəltəraşlıq, mənzərə müxtəlif janrlarda olan sənət əsərləri xarici vətəndaşlara təqdim olunur. Bu sənətkarlıq əməkdaşlığı qarşılıqlı şəkildədir. Sözsüz ki, Azərbaycanda da müxtəlif xalqların adət-ənənələrini, təbiətini, xalq sənətini, fərdi şəxslərin portretini əks etdirən əsərlər sənət məbədləriimizdə yer alır. Bu günə qədər xarici ölkə rəssamlarının saysız əsərləri Azərbaycan sənətsevərlərinin ixtiyarına verilmişdir. Ənvər Qarayev bildirdi ki, bu münasibətlərin davamı olaraq noyabrın ikinci yarısında "Bakı-Berlin" adlı sərgi təşkil olunacaqdır. Bu sərgidə Azərbaycanı təmsil edən İsa Məmmədovun əsərləri sərgilənəcəkdir. İlk olaraq, bu sərgi Azərbaycanda təqdim olunacaq.

Berlindən olan bir rəssamın əsəri Rəssamlar İttifaqının sərgi salonunda nümayiş olunduqdan sonra, Azərbaycanı təmsil edən İ.Məmmədovun da sənət nümunələri Berlində nümayiş etdiriləcək. Bu iki dövlətin bir-biri ilə olan yaxın münasibətlərindən irəli gəlir. Təbii ki, belə qarşılıqlı münasibətlərin nəticəsində rəssamlarımız dünya sənətində baş verən yeniliklərlə tanış olub öz əsərlərini geniş bir məkanda nümayiş etdirə bilirlər. Sənətkarlıq baxımından böyük mahiyyət kəsb edən bu əməkdaşlığın müsbət nəticələri özünü göstərməkdədir. Sözsüz ki, hər zaman Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrinin əsərləri dinindən, irqindən asılı olmayaraq sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır. Ə.Qarayev bu məzmunda olan sərgilərin kifayət qədər olduğunu vurğulayaraq, Rəssamlar İttifaqının planında yaxın gələcəkdə olan tədbirlərin bir neçəsi ilə bizi məlumatlandırdı. Onu da qeyd etdi ki, yaxın göələcəkdə Sankt-Peterburqda müasir Azərbaycan xalça sənəti, tətbiqi sənətin müxtəlif növləri s. sərgilənəcək. Bu sərgilər sırasında gənclərin uşaqların yaradıcılığına xüsusi yer ayrılacaq.

 

Səs.- 2008.- 31 oktyabr.- S. 12.