Gənc rəssamın əsərləri sərgiləndi
Sərgidə 51 qrafika və
rəngkarlıq əsərləri təqdim olundu
Dünən İçərişəhərdəki "Abşeron" Rəsm Qalereyasında gənc rəssam Aynurə Haşımovanın yaradıcılığına
həsr edilmiş sərgi keçirildi. Fərdi sərgi Bakı Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə
təşkil olunmuşdu.
Sərgini
giriş sözü ilə rəsm qalereyasının direktoru
Eldəniz İbrahimov açaraq, sənətsevərlərin
diqqətinə Aynurənin 51 qrafika və rəngkarlıq
əsərlərinin təqdim olunduğunu bildirdi. Eldəniz İbrahimov gənc rəssamın yaradıcılığı haqqında
iştirakçılara məlumat
verərək, sərginin
ekspozisiyasına maraqlı
tablo və rəsmlərin daxil olduğunu bildirdi. Sərgidə, ilk növbədə, janr müxtəlifliyi diqqəti
cəlb edir. Burada müxtəlif janrlarda olan əsərlərə "Avtoportret",
"Portret", "Bahar",
"Sübh çağı",
"İçərişəhər",
"Cığır", "Yol", "Meyvələrlə
natürmort", "Qladioluslar",
"Büllur vaza ilə natürmort",
"Bənövşəyi güllər", eləcə
də, çoxfiqurlu kompozisiyalara rast gəlinir.
Eldəniz
İbrahimov onu bildirdi ki, Aynurə xanımın
yaradıcılığında motivlər də
müxtəlifdir. Bu motivləri
üç qismə ayırmaq olar. Əgər birinci qisim uşaq və yeniyetmələrə
daha çox xasdırsa, ikinci qisim gəncliyə xas olan mövzularla
bağlıdır":Aynurəyə
gənclikdən ayrılmağa,
peşəkar orta nəsil rəssamları sırasına qovuşmağa
mane olan iki səbəb vardır. Birinci səbəb odur ki, müəllif üçün doğma olan, daha çox
gəncliyə xas olan mövzulardan ayrılmaq çətindir.
İkincisi də odur ki, Aynurə
Haşımova Uşaq
Rəsm Qalereyasının
direktorudur, həm də rəsm müəllimidir. Vaxtının
çox hissəsi istedadlı uşaqların
yaradıcılığına, maraqlı sərgilərin
təşkilinə həsr
olunur. Bu iki dünya arasında A.Haşımovanın
körpü quracağı
an, inanırıq ki, uzaqda deyil.
Hələlik, gənc
rəssam onu əhatə edən gerçəkliklərdən maraqlı
motivlər seçir".
Sərginin
açılış mərasimində Azərbaycan
Rəssamlar İttifaqının sədr müavini
Ağaəli İbrahimov, Bakı şəhər
Gənclər və İdman Baş İdarəsinin rəis
müavini Nəcəf Novruzov və b. çıxış
edərək Aynurə xanımın yaradıcılıq
yolundan, onun fərdi cizgilərindən iştirakçılara
söz açdılar. Qeyd olundu ki, gənc
rəssam fərdi üslubu ilə daim diqqətdə olmuş, yaratdığı
nümunələri ilə
həm nağıllar
aləminin, həm də bizi əhatə
edən gerçəkliyin
ən gözəl məqamlarını təqdim
etmişdir. Təbii ki, sənət yolunun başlanğıcında
olan Aynurə xanım əsil sənətə qovuşmaq
üçün hələ
çox səylər
göstərməli olacaqdır.
Sərginini
açılış mərasimində
çıxışlar sona yetdikdən sonra
"Abşeron" Rəsm Qalereyasının sərgi
salonları iştirakçıların ixtiyarına verildi. Divarboyu asılmış tabloların hər birində rəssamın yaradıcılıq təxəyyülünün
məhsulu olan əsərlər diqqəti
cəlb etdi. "Kafe musiqiçisi",
"İçərişəhər",
"Yol", "Plenerdə",
"Cığır", "Sufi dərviş",
"Müqəddəs ruhlar",
"Meyvələrlə natürmort",
"Alma və çiçəklərlə natürmort",
"Qladioluslar" və
s. əsərlərində
gənc rəssamın
naturadan çəkməyə
üstünlük verməsi
diqqətdən yayınmadı.
Əsərlərdən
açıq-aydın hiss olunurdu ki, Aynurə xanım imkan
tapan kimi, Azərbaycanın gözəl
guşələrinə səyahətlər edir. Gördüyü gözəl
mənzərələri fırçanın
köməyi ilə kətan üzərinə
köçürür. Bəzən
gənc rəssamın
mistik mövzulara bir qədər aludə olduğunu əsərlərindən sezilirdi.
Bu kompozisiyaları bir simvol kimi,
öncəgörmə kimi
qəbul etmək olar.
Qeyd
edim ki, gənc rəssam Aynurə Haşımovanın
fərdi sərgisi oktyabrın 26-na kimi davam edəcək
Səs.- 2008.- 24 oktyabr.- S. 13.