Qarabağ uşaqların gözü ilə adlı rəsm sərgisi keçirilmişdir

 

Mədəniyyət və Turizm Nazirliyi gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi, Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin təbliği məqsədi ilə oktyabrın 2-dən 8-dək "Yaddan çıxmaz Qarabağ" adlı ənənəvi ümumrespublika mədəni-siyasi aksiya incəsənət həftəsi keçirir.

AzərTAc xəbər verir ki, aksiya çərçivəsində oktyabrın 2-də Milli Parkda asfalt üzərində "Qarabağ uşaqların gözü ilə" rəsm müsabiqəsi təşkil olunmuşdur. Tədbirdə yeddi incəsənət məktəbindən 30-a yaxın azyaşlı rəssam iştirak etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirmişdir ki, bu aksiya artıq üçüncü ildir təşkil olunur. Məqsəd gənc istedadların üzə çıxarılması yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Aksiyada iştirak edən balaca rəssamlara mükafatlar təqdim olunmuşdur.

Azərbaycan.- 2008.- 3 oktyabr.- S. 8.