2010-cu il
Mədəniyyətlərin
beynəlxalq yaxınlaşması
ili elan edilib
Bu
günlərdə Astanada islam ölkələrinin və
Qərb dövlətlərinin iştirakı ilə
"Ümumi dünya: müxtəlifliklərdən
inkişafa doğru" konfransı keçirilib. Həmin konfransda Qazaxıstan Respublikasının
təşəbbüsü ilə BMT-nin Baş Assambleyası
2010-cu ili Mədəniyyətlərin
Beynəlxalq Yaxınlaşması
İli elan edib. Forumda dünyanın
60 ölkəsinin və
beynəlxalq təşkilatların
nümayəndələri iştirak
edib. Qeyd edək ki, "Müsəlman dünyası
və Qərb" formatında keçən
dialoqun təşəbbüskarı
Qazaxıstan Respublikasıdır.
Konfransı Qazaxıstan prezidenti
Nursultan Nazarbayev açaraq, planetin dörddə bir hissəsini əhatə edən islam dünyasının iştirakı
olmadan XXI yüzilliyin
qlobal problemlərinin həllinin mümkün olmadığını iştirakçıların
nəzərinə çatdırıb.
İslam Konfransı Təşkilatının baş
katibi Ekmaləddin Ehsanoğlu isə islam dünyasının terrorçu adı ilə damğalanmasından
və terrordan daha çox islam ölkələrinin əziyyət çəkməsindən
söz açıb.
O, mədəniyyətlərin tanınması, etnik-dini müxtəlifliyin qarşılığında
xristian və müsəlman dünyasının
dialoqları çərçivəsində
dünyanın harmoniyasının
qorunmasının mümkünlüyünü
qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov
isə İslam Konfransı Təşkilatının
gördüyü işləri
bəyəndiyini deyərək,
Qafqazda baş verən son hadisələrdən sonra
heç bir problemin güc yolu ilə həllini
tapmadığını, beynəlxalq
öhdəliklərdən kənara
çıxan təqdirdə isə, ancaq problemlərin yarandığını bildirdi.
Misir, Qətər, Səudiyyə Ərəbistanı
və İordaniyanın
liderləri də
"Müsəlman dünyası
və Qərb" dialoqu ideyasının
"Alyansların Sivilizasiyası"
təşəbbüsünü dəstəklədiklərini bildiriblər.
Səs.- 2008.- 22 oktyabr.- S. 13.