Rəssamlar İttifaqının qurultayı keçirilmişdir

 

Azərbaycan Rəssamlar İttifaqının II qurultayı keçirilmişdir. 347 nümayəndənin iştirak etdiyi forumda qurumun sədri, xalq rəssamı Fərhad Xəlilov hesabat məruzəsi ilə çıxış etmişdir. Təftiş komissiyasının sədri Rafael Abbasovun, İttifaqın rəngkarlıq bölməsinin sədri Tofiq Ağababayevin, dekorativ tətbiqi sənət bölməsinin sədri Ənvər Qarayevin, sənətkarlıq bölməsinin sədri Ziyadxan Əliyevin də məruzələri dinlənilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Leyla Axundzadə, gənc rəssam Orxan Hüseynov qurultay iştirakçılarına xoş arzularını bildirmişlər.

Təşkilati məsələyə baxılmışdır. Fərhad Xəlilov yekdilliklə yenidən Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. Qurultaym işində Prezidentin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.

 

Azərbaycan.- 2008.- 3 oktyabr.- S. 7.