Aydan Salahovanın neoakademizmi
Onun əsərləri
sərhəddən niyə buraxılmayıb
Moskvanın mədəni həyatında
önəmli hadisələrdən
biri baş verib. "Vinzavod" müasir incəsənət
Mərkəzinin ərazisində
yerləşən XL qalereyasında
Aydan Salahovanın fərdi sərgisi açılıb.
Geniş
ictimaiyyət A.Salahovanı daha çox qalereya sahibəsi kimi
tanıyır - ötən əsrin sonlarında eyniadlı
sərgi salonu ən yaxşı sənət
məkanlarından biri hesab olunurdu. Sahibinin
özü isə adı və qalereyası sayəsində
incəsənət aləminin
istənilən nüfuzlu
tədbirinin bəzəyi
olaraq qalır. Kuratorlar Aydanı vaxtaşırı olaraq irimiqyaslı layihələrdə
iştirak etməyə
çağırırlar. Lakin
bir çox müasirlərindən fərqli
olaraq o, yüksəkdərəcəli peşəkarlıq
pilləsinə "qədəm
qoya bilməyib". Ola bilsin ki,
bəziləri üçün
o, görkəmli sovet fırça ustası Tahir Salahovun qızı olaraq qalır. Bu gənc xanımı
tanıyanlar deyirlər
ki, Aydanın taleyi heç də qibtə hissi doğuran talelərdən deyil. Tanınmış rəssamın
övladı, şəxsi
qalereya sahibəsi kimi uğurlu karyera yiyəsi olaraq Aydan Salahova
hər zaman rəssamların və bu çevrəyə yaxın insanların diqqəti, üstəlik, daxili senzorun basqısı altındadır.
Səhv etməyə onun hüququ yoxdur.
Azərbaycanlı
fırça ustasının sevimli övladı olaraq Aydan
spesifik Şərq-Qərb ənənələri
gözlənilməklə tərbiyə edilib. Sosial təfəkkür isə bu metodu
bir az da
mürəkkəbləşdirib. Bu gün Rusiya
art-bazarının digər uğur qazanmış nümayəndələri
kimi, A.Salahova da daha çox
Qərbi Avropa kontekstinə aiddir. Təəccüblü deyil
ki, acı qadın taleləri Aydanın yaradıcılığında
əsas yeri tutur. Rəssamın erkən işləri isə intəhasız radikallığı ilə
seçilirdi. Lakin bu tendensiya Surikov adına Rəssamlıq İnstitutunu uğurla bitirməkdə və hətta SSRİ Rəssamlıq
Akademiyasının gümüş
medalına layiq görülməkdə ona
mane olmadı. Amma gənc rəssamın sonrakı işləri epoxanın hakim art-istiqamətinə
uyğun olaraq getdikcə daha qabarıq şəkildə
estetizmə və yumşaq salon "qlamur"una meyillənməkdədir.
Bu meyili son zamanlar neoakademizm
adlandırmaq qəbul
olunub. Lakin A.Salahovanın hələlik
sonuncu fərdi sərgisində postmodernist
ruhunda işlənmiş
Veneraya rast gəlməzsiniz. "Fars miniatürləri"
ekspozisiyası sübut
edir ki, A.Salahova tamaşaçıları
təəccübləndirmək qabiliyyətini hələ
itirməyib. İki il öncə bu ekspozisiya sərgilənəndən sonra
gömrük xidməti
onun ölkə xaricinə çıxmasına
imkan verməmişdi
- hicablı xanımlar
təsvir olunmuş duyğusal, abstrakt, hətta bəzi məqamlarda sürrealist rəsmlərdə
onlar təcavüzkar erotika əlamətləri
aşkarlamışdılar. Layihənin kuratorları isə əmin edirlər ki, bütün bu təsvirlər peşə və maliyyə sarıdan uğur qazanmış müasir qadınların tez-tez üzləşdikləri
ürəklərinə və
düşüncələrinə uyğun gələn həyat dostu axtarışının zərif
ifadəsidir.
Həftə içi.- 2008.- 17 oktyabr.- S. 8.