İsveçrədə çıxan “Diva İnternationaljurnalı Azərbaycandan yazır

 

Xəbər verildiyi kimi, sentyabrın 8-dən 27-dək BMT-nin Cenevrədəki qərargahında Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə "Mədəni irsin keşiyində" mövzusunda sərgi keçirilmişdir. Sərginin məqsədi beynəlxalq ictimaiyyəti mədəni irsin qorunması üçün Azərbaycanda görülən işlərlə tanış etmək, gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilən zaman saxlanılmış tarixi-mədəni nümunələri nümayiş etdirmək, dünya mədəni irsinin qorunmasına ölkəmizin töhfəsi barədə məlumat vermək idi.

Cenevrədə çıxan "Diva İnternational" jurnalında sərgi haqqında məqalə dərc edilmişdir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş həmin məqalədə deyilir ki, 2007-ci il sentyabrın 27-də Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlarına dair Şurası yekdilliklə "Silahlı münaqişələr zamanı mədəni hüquqların mədəni mülkiyyətin qorunması" adlı qətnamə qəbul etmişdir. Həmin qətnamə bütün dövlətlərə məsləhət görür ki, mədəni hüquqların mülkiyyətin qorunması məsələsinə baxılması əlaqədar dövlətlər tərəfindən tələb olunan yardımın təmin edilməsi məqsədilə milli, regional beynəlxalq səviyyədə tədbirlər görsünlər. Təxminən 30 ölkə müştərək sponsor kimi bu qətnaməyə qoşulmuşdur.
Qətnamənin əsas sponsoru kimi Azərbaycan onun müddəalarını dəqiq şəkildə həyata keçirmək üçün məqsədyönlü səylər göstərir. Mədəni mülkiyyətin qorunması mədəni hüquqların təmin olunması Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.

Azərbaycanda bütün abidələr qeydiyyata alınmışdır xüsusi qeydiyyat kartına malikdir.Tarix mədəniyyət abidələrinin qorunması haqqında, muzeylər haqqında, Azərbaycan folklorunun nümunələrinin hüquqi qorunması haqqında qanunlar qəbul etmişdir. 2007-ci ildə Xarici İşlər Nazirliyinin Heydər Əliyev Fondunun birgə layihəsi olan "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabı nəşr edilmişdir. Kitabda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı abidələr, Ermənistan ərazisində azərbaycanlılara məxsus abidələr haqqında məlumat toplanmışdır.

Məqalədə bildirilir ki, Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəliyi bölmənin baş direktoru Sergey Orconikidzenin dəstəyi ilə "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi təşkil etmişdir. Sərginin məqsədi ölkənin ərazisindən milli beynəlxalq sərvətin qanunsuz olaraq daşınmasının qarşısının alınmasında komitənin rolunu işıqlandırmaq idi. Bu, müəyyən mənada misilsiz bir hadisə idi. Sərgidə Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi incəsənət əsərləri, əlyazmalar, qədim kitablar, numizmatika nümunələri, xalçalar, sikkələr sair nümayiş etdirilmişdir. Bütün bu əşyalar öz həqiqi sahiblərinə - muzeylərə, kitabxanalara, dövlət orqanlarına, dini icmalara, tarix əlyazmalar institutlarına qaytarılmışdır.

 

Azərbaycan.- 2008.- 24 oktyabr.- S. 7.