Qəbələ şəhərindəki akademik Zərifə Əliyeva adına parkda görkəmli oftalmoloq alimin büstü açılmışdır

 

Qəbələ şəhərinin mərkəzindəki akademik Zərifə Əliyeva adına parkda görkəmli oftalmoloq alimin büstü açılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov büstün üzərindən ağ örtüyü götürdükdən sonra icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının işçiləri və ictimaiyyət nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.

Ərazisi 6 hektar olan park ötən ilin martında istifadəyə verilmişdir. Burada əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan.- 2008.- 3 oktyabr.- S. 1.