Fərhad Xəlilov yenidən
Rəssamlar İttifaqının sədri seçilib
Azərbaycan
Rəssamlar İttifaqının II qurultayı keçirilib. 347
nümayəndənin qatıldığı
forumda qurumun sədri xalq rəssamı Fərhad Xəlilov hesabat məruzəsi ilə çıxış edib.
Qurultayın ilk iclasında
təftiş komissiyasının
sədri Rafael Abbasovun, İttifaqın rəngkarlıq bölməsinin
sədri Tofiq Ağababayevin, dekorativ tətbiqi sənət bölməsinin rəhbəri
Ənvər Qarayevin, sənətkarlıq bölməsinə
başçılıq edən
Ziyadxan Əliyevin məruzəsi dinlənilib. Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Leyla Axundzadə qurultayda çıxış edib və iştirakçılara
öz xoş arzularını bildirib.
Sonra
təşkilati məsələlər müzakirə edilib
və Fərhad Xəlilov yekdilliklə yenidən Azərbaycan
Rəssamlar İttifaqının sədri seçilib.
Qurultayın
işində Prezidentin İcra Aparatının humanitar
siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə də iştirak edib.
525-ci qəzet.- 2008.- 3 oktyabr.- S.
7.