Sevda

 

“Best Model of the Azerbaijan”ın final­çı­ları bəlli oldu

 

"Best Model of the Azerbaiyan"ın final iştirakçıları bəlli oldu. Ötən gün model Lyubov Kutrovanın moda evində keçirilən yarımfinalda 50-yə yaxın iştirakçı arasında 16 qız 16 oğlan final şousuna vəsiqə qazandı.

Qeyd edək ki, birinci mərhələdən keçən 50-yə yaxın iştirakçı ilə hər gün treninqlər keçirilib. Model şousuna hazır olan yarışmaçıların çəkilərində azalma müşahidə olunub. Xüsusi pəhrizə oturan iştirakçılar münsiflərin diqqətini çəkmək üçün bütün imkanlarını səfərbər ediblər. Model Lyubov Kutrova, stilst Anar yarışmanın prezidenti Ruhinin iştirakı ilə onlar arasında ən yaxşıları qiymətləndirilib.

Ruhinin "Kaspi"yə bildirdiyinə görə, sabahdan etibarən 16 qız 16 oğlan iştirakçı ilə daha ciddi məşqlər başlayır. Onlara hər gün xüsusi dərslər keçiriləcək çəkiləri pəhriz yolu ilə bir qədər azalacaq.

Öyrəndik ki, final şousunun keçiriləcəyi tarix noyabrın ortalarına təsadüf edir. Həmin gün tamaşaçılar münsiflər heyəti kürsüsündə maraqlı simalar, səhnədə isə fərqli model şousu izləyəcəklər. Hələlik isə münsiflər heyəti üzvlərinin adları İlhamə Quliyeva istisna olmaqla açıqlanmır.

 

Kaspi.- 2008.- 17 oktyabr.- S. 15.