Azərbaycan filmi Rusiyada
bərpa olunub
1965-ci ildə rejissor
Hüseyn Sasanpurun çəkdiyi "Su ərizəsi"
filmi Dövlət Film Fondunun təşəbbüsü
ilə Rusiyada bərpa olunaraq Azərbaycana gətirilib.
Dövlət Film Fondunun
direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev
bildirib ki, film məşhur Azərbaycan
yazıçısı Süleyman Rəhimovun eyni adlı
əsəri əsasında çəkilmişdir. Filmdə
çar Rusiyası dövründə Azərbaycanda baş
verən hadisələrdən bəhs edilir. İki
hissədən ibarət olan filmdə baş rolları
Azərbaycanın tanınmış teatr və kino
aktyorları, xalq artistləri Mövsüm Sənani və
İsmayıl Osmanlı ifa etmişlər. Filmin rejissoru
Hüseyn Sasanpur, operatoru Zaur Məhərrəmov, rəssamı
Kamil Nəcəfzadədir.
Paritet.- 2008.- 28-29 oktyabr.- S. 13.