Lalə
Nazir Azərbaycanın
mövqeyini açıqladı
"Biz işğal
altında olan ərazilərə və Ermənistana
səfər edəcək missiyanın eyni tərkibdə
olmasını istəyirik"
"Avropa Şurası
(AŞ) Parlament Assambleyasının Mədəniyyət,
Mədəni və Təbii İrs Direktorluğunun
missiyası Azərbaycana səfər etməyi
planlaşdırır. Biz ölkəmizə, işğal
altında olan ərazilərə və Ermənistana
səfər edəcək missiyanın eyni tərkibdə olmasını
istəyirik".
Bu barədə
jurnalistlərlə söhbətində Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev məlumat verdi. Nazir
Ermənistanda İslam mədəni abidələrinin dağıdılmasına
dair Azərbaycan tərəfdə faktların mövcud olduğunu
dedi: "Hazırda tərəflərə alternativ missiya
variantları təklif olunur. Bu, missiyanın müxtəlif
vaxtlarda hər bir regiona səfər etməsi deməkdir".
Bu variantın Azərbaycanı qane etmədiyini deyən
Ə.Qarayev missıyanın tərkibində dəyişiklik
olacağı təqdirdə, müxtəlif fikirlərin
meydana çıxa biləcəyini bildirdi. Onun sözlərinə
görə, Ermənistanın səfərlə bağlı
hər dəfə yeni təklif irəli sürməsi missiyanın
həyata keçirilməsi üçün problemlər
yaradır: "Missiyanın baş çəkəcəyi
abidələrin siyahısı hələ dəqiqləşdirilir.
Azərbaycan AŞ Parlament Assambleyasının Mədəniyyət,
Mədəni və Təbii İrs Direktorluğunun
missiyasını qəbul etməyə hazır olsa da,
Ermənistan tərəfi prosesi uzadır".
Mərkəz.- 2008.- 7 oktyabr.- S. 9.