Cəvahir
Türkiyədə
“Azərbaycan kinosu-110” fotosərgisi keçirilib
Həftəsonu
Antalyada TÜRKSOY tərəfindən 45-ci «Altın Portakal»
və 4-cü Avrasiya kinofestivalları
cərçivəsində “Azərbaycan kinosu-110” adlı fotosərginin
rəsmi açılış mərasimi olub. Bu barədə
qəzetimizə Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Tədbirin
açılışında TÜRKSOY-un baş direktoru Dusen
Kaseinov, Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin Antalya şəhər müdiri İbrahim Acar və
«Altın Portakal» Festivalının
təşkilatçıları iştirak ediblər. Antalya
muzeyində təşkil olunmuş sərgidə Azərbaycan
filmlərini əks etdirən 60 foto nümayiş etdirilib.
İki gün davam edən festival dünən başa
çatıb.
Qeyd
edək ki, sərgi Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən hazırlanıb və
təmənnasız olaraq TÜRKSOY-a hədiyyə edilib.
Gələcəkdə
fotolar TÜRKSOY-un arxivində Azərbaycan mədəniyyəti
materiallarının sırasına daxil ediləcək.
Mərkəz.- 2008.- 21 oktyabr.- S. 11.