Kəngərli Q.

 

Düşənbədə keçirilən kinofestivalda azərbaycanlı rejissorun “Düyün” qısametrajlı filmi Qran-priyə layiq görülmüşdür

 

Düşənbədə keçirilən "Didor-2008" adlı 3-cü beynəlxalq kinofestivalı başa çatmışdır.

Beş gün ərzində Mərkəzi Asiya, Qafqaz ölkələri, həmçinin Rusiya, Türkiyə, Almaniya, Əfqanıstan və Monqolustan kinemotoqrafçılarının müxtəlif nominasiyalar üzrə 12 tammetrajlı, 12 qısametrajlı filmə baxış keçirilmişdir.

Festivalda Azərbaycan rejissoru Əli İsa Cabbarovun "Düyün" qısamertajlı filmi bu nominasiyada İsveç hökumətinin təsis etdiyi "Qran-pri" mükafatına layiq görülmüş, filmin musiqisi ayrıca diplomla təltif edilmiş, digər rejissorumuz Murad İbrahimbəyovun tammetrajlı "Üç qız" filminin qəhrəmanları "Ən yaxşı aktrisa" adını qazanmışlar.

Festivalda həmçinin Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Əfqanıstan və Özbəkistan filmləri müxtəlif nominasiyalarda yüksək mükafatlar almışlar.

Azərbaycan.- 2008.- 21 oktyabr.- S. 6.