Kinorejissor Ağarza Quliyevin anadan olmasının 110 illiyi münasibətilə tədbir
keçirilib
Dünən Muzey Mərkəzində
kinorejissor-kinoaktyor Ağarza
Quliyevin anadan olmasının 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə
çıxış edən
Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət
xadimi Cəmil Quliyev mərhum kinorejissorun bildirib ki, A. Quliyev Azərbaycan milli kinosunun yaradıcılarından
biri olmaqla yanaşı, kinematoqrafiya
sahəsində böyük
yaradıcılıq yolu
keçib. A. Quliyevin nəcib insan olduğunu xüsusi vurğulayan C. Quliyev
20-30-cu illərdə Azərbaycan
kinosunun məhz onun adı ilə
bağlı olduğunu
qeyd edib. Onun sözlərinə görə, A. Quliyev "Gilan qızı",
"İlk komsomol buruğu", "Əziz
adamlar", "Qızıl
kol" və digər filmlərdə müxtəlif rollar ifa edib və
C. Cabbarlı, A. M. Şərifzadə,
M. Mikayılov kimi sənətkarlarla birgə
işləyib: "1930-cu ildə
azərbaycanlı aktyor
Gürcüstana dəvət
olunmuş, burada istehsal olunan "Görüş" filmində
mühəndis Əhməd
rolunda çəkilib.
Sonrakı illərdə
Ağarza Quliyev "Mən ki, gözəl
deyildim" filmində
Rəhim baba və "Sevil" film-operasında Babakişi rollarının
ifa edib". Rejissor kimi isə
A. Quliyev "Direktiv bant", "Səhər",
"Ulduz", "Mən
ki, gözəl deyildim" bədii filmlərinə quruluş
verib və onlarla sənədli film çəkib. Tədbirdə çıxış
edən kinoşünas
Aydın Kazımzadə
isə A. Quliyevin sovet və xarici
ölkə filmlərinin
Azərbaycan dilində
səsləndirilməsi istiqamətində
də böyük iş apardığını
deyib.
Səs.- 2008.- 25 oktyabr.- S.16.