Məhərrəmova
T.
“Rejissor
üçün psixi hazırlıq lazımdır”
Alina
Abdullayeva: Mən çox aktiv insanam
Alina
Abdullayeva 1981-ci ildə Ukraynanın Dnepropetrovsk
şəhərində doğulub. Orta
məktəbi bitirdikdən sonra 1998-ci ildə ailəsi ilə
birlikdə Bakıya köçüb və
Mədəniyyət və İncəsənət Universitetinin
"Ədəbi yaradıcılıq və ekran
dramaturgiyası" fakültəsinə daxil olub. 1999-2002-ci illərdə onun hekayələri
müxtəlif qəzet və yurnallarda dərc olunub. Alina paralel olaraq fotoqraf kimi çalışıb.
Magistraturaya daxil olandan sonra
A.Abdullayeva reyissuraya həvəs göstərib. Hazırda o,
ssenarist, prodüser və reyissor kimi fəaliyyət
göstərir.
Bu il İtaliyada
keçirilən "Salento Finibus Terrae-2008" beynəlaxlq
qısametraylı filmlər festivalında ölkəmizi Alina
Abdullayevanın reyissoru və ssenari müəllifi olduğu
"Çalış nəfəs
- Dünyanın müxtəlif
ölkələrinin kinematoqrafçıları festivalda
iştirak edirdi. Mən festivalın "Ən
yaxşı qısametraylı film" nominasiyası
üzrə "Ən yaxşı reyissor"
mükafatına layiq görüldüm. Bu,
"Qran-pri"dən sonra əsas mükafatlardan biri
sayılır. Festivalda həmçinin "Ən
yaxşı film", "Ən yaxşı reyissor
işi" və "Ən yaxşı aktyor"
mükafatları da sahiblərini tapdı. Səhhətimlə
əlaqədar olaraq özüm festivalda iştirak etmədim.
Ancaq onlar mənə festivalın
statuetkasını göndəriblər.
- Bu, filminizin
qazandığı ilk beynəlxalq mükafat idi?
- 2004-cü ildə
İsveçrənin İnkişaf Agentliyi - SDC
tərəfindən maliyyələşdirilən AVANTI regional
proqramında iştirak edərək reyissor kimi
qısametraylı layihə üçün qrant uddum. Proqramın əsas şərtlərindən biri o
idi ki, vəsaitin yarısını öz ölkəndə
tapa biləcəyin halda onlar da müəyyən
məbləği ödəyəcəkdilər.
Ssenarinin üzərində bir il
işlədik. Mədəniyyət və Turizm Nazirliyi ssenarini
bəyəndi və vəsaitin 50 faizini verdi.
Biz filmi vaxtında çəkdik. SDC üç ölkənin - Azərbaycan,
Ermənistan və Gürcüstanın çəkdiyi
filmləri DVD variantında hazırlayıb festivallara
göndərir. Ancaq bu filmlər kommersiya
məqsədilə nümayiş olunmur. Əsas
məqsəd filmləri tanıtmaqdır. Ümumiyyətlə,
qısametraylı film daha çox festivallarda iştirak
etmək üçün çəkilir. Bu
filmlərdən kommersiya gəliri gözlənilmir. Biz də filmi əlimiz çatan festivallara
göndərmişik. 2004-cü ildə
filmin ssenarisi
- Siz
həmçinin Qafqaz Kinematoqrafçılar
Assosiasiyasının təsisçilərindən birisiniz. Bu qurum Qafqazda kinonun inkişafı üçün
hansı işləri görür?
- Bu assosiasiya AVANTI proqramı başa
çatandan sonra yarandı. Əsas
məqsəd o idi ki, biz pərən-pərən düşməyib
bu işi davam etdirək. Asossiasiya yeni
proqramlar həyata keçirməyə
çalışırdı. Bir
neçə seminar keçirmişdilər. Eekspertlər tərəfindən prodüser, reyissor
və ssenaristlərə öyrənmək üçün
şans verilmişdi. Bu, çox
böyük təcrübə idi. Etiraf edirəm ki, bu təcrübə
mənə çox şey verdi. Avropada kinonun necə təqdim olunması,
prezentasiyasının keçirilməsi, sinopsisin
yazılması və s. bilirəm. Bu, sovet
kino məktəbindən çox fərqli şeylərdir.
Maliyyələşmə artıq qurtarıb
və biz özümüz müstəqil assosiasiya kimi
fəaliyyət göstəririk. Hazırda
fəaliyyətimizi davam etdirmək üçün bizi
maliyyələşdirəcək fondlar axtarırıq.
- Alman reyissoru
Fayt Helmerlə film çəkmək ideyanız necə
yarandı?
- Mən Faytla iki il
bundan əvvəl Gürcüstanda keçirilən
"Promotey" kinofestivalında
Məhz bu filmin uğurundan
sonra "Absurdistan"ın çəkilişlərinə
hazırlaşdıq. Mən bir il bu filmin
üzərində işlədim. Əsasən
təşkilati məsələlərə baxırdım.
Almaniyaya gedib Faytla çəkiliş qrafikini
işləyib hazırladıq. Bütün
bunlar mənim üçün əhəmiyyətli
təcrübə oldu. Biz alman dəqiqliyi
ilə işlədik. Çəkiliş
qrupu və aktyor heyəti beynəlmiləl idi. Filmdə 12 ölkədən adamlar
çalışırdı. Mən
hər dildə danışmağa məcbur idim. "Absurdistan" artıq bir çox festivalda
iştirak edib və Almaniyanın "Oskar"ını
qazanıb. Film kommersiya uğuru qazanıb.
Belə ki, bir çox ölkə filmi alıb.
- Yeri
gəlmişkən, film birmənalı qarşılanmadı.
- Bu film Azərbaycan haqqında deyil,
neytral filmdir. Daha doğrusu, absurd bir ölkə
haqqındadır. Sadəcə, bizim
ölkədə çəkilib. Filmi
çəkməyə başlayanda da biz nazirliyə
məlumat vermişdik ki, ssenarinin Azərbaycana heç bir
aidiyyəti yoxdur. Ancaq filmin
təqdimatınadan sonra qəzetlərdə müxtəlif
məqalələr dərc olundu.
- Bizim aktyorlar
xarici aktyorlarla müqayisədə necə oynadılar?
- Çox gözəl... Mən bütün teatrlarda böyük bir kastinq
keçirmişdim. Ən çox aktyorlar
bizim ölkədən idi. Balaca baş
qəhrəmanın uşaqlığı da bizim
ölkədən seçilmişdi. Çəkilişlər
çox gərgin idi. Müqaviləyə
görə, biz 14 saat işləyirdik. Əgər
reyissora lazım olsaydı, 2 saat da əlavə işləməli
idik. Aktyorlar əsasən "Azdrama",
Bələdiyyə Teatrı və Rus Dram Teatrından
seçilmişdi. Onlar Fayt Helmerlə
işləməyi çox bəyəndilər.
- "Motor"
şəxsi kampaniyanız necə ərsəyə gəldi?
- 2007-ci ilin noyabrında bu
kampaniyanı yaratmışam. Bu kampaniyanı
yaratmaqda məqsədim beynəlxalq və yerli
təşkilatların qrantları ilə humanitar, gender və
audiovizual layihələri gerçəkləşdirmək,
istedadlı gəncləri üzə çıxarmaq, ən
əsası, Azərbaycan kinosunu beynəlxalq
səviyyədə tanıtmaqdır. Hazırda
kompaniya iki sənədli film layihəsi üzərində
işləyir. "Toy edirik, ya kino
çəkirik" adlı layihəni dəyişdirib
"Xoşbəxt olun" adlandırmaq istəyirik. Bu, Azərbaycan adət-ənənəsinə
uyğun toy barədədir. Hazırda film
çəkilib və montay prosesindədir. Filmin reyissoru Yusif Quliyev, prodüseri isə
mənəm. Bu humanitar, gender filmi
festivallarda Azərbaycanın adət-ənənəsini
tanıtmaq üçün nəzərdə tutulub. İkinci film isə "Demokratiyanın 10
dəqiqəsi" adlı regional layihədir. Bu, gürcü kampaniyası tərəfindən
üç ölkə - Azərbaycan, Ermənistan və
Gürcüstan üçün nəzərdə tutulub.
- Bu il sizin ssenariniz Mədəniyyət və Turizm
Nazirliyinin keçirdiyi üçüncü "Bu meydan, bu
ekran" müsabiqəsində qalib gəlib. Filmin
istehsalı nə vaxt başa çatacaq?
- Mədəniyyət və Turizm
Nazirliyi bu layihə ilə gənc reyissor və ssenaristlər
üçün böyük şans yaradıb. Heyif ki, bundan əvvəlki iki müsabiqədə
iştirak edə bilməmişəm. Mənim
"Kor və korluq" adlı ssenarim Qarabağ mövzusunda
iki ən yaxşı ssenaridən biri kimi münsiflər
heyəti tərəfindən qiymətləndirilib. Film hazırlıq mərhələsindədir və
yeni ilə qədər çəkilib nazirliyə təqdim
olunacaq.
-
Özünüzü tammetraylı film çəkməyə
hazır hiss edirsinizmi?
- Hələ çox tezdir. Mənə elə gəlir ki, bir film
çəkmişəm və bu, çox azdır. Ən əsası, hələ səbrim
çatmır. Reyissorluq üçün
səbr, dözüm və psixi hazırlıq lazımdır.
Bəlkə bir neçə film çəkib
özümü hazır biləndən sonra
çəkərəm. Ancaq bu, yaxın
zamanlarda olmayacaq. Mən institutu ssenarist
kursu üzrə bitirmişəm və hazırda Rüstəm
İbrahimbəyovun kino kurslarında oxuyuram. Ətrafımda nə qədər təcrübə
qazanmaq üçün şans olacaqsa, hamısından
istifadə etməyə çalışacağam.
Bu, pillələrdir. Hər bir
reyissor qısametraylı film çəkəndən sonra
tammetraylı film çəkməyə gedir. Bəzisi də olur ki, yalnız qısametraylı
filmlər çəkmək istəyir.
- Belə demək
olarmı, reyissorların işi sizi qane etmədiyindən
reyissorluğa həvəs göstərirsiniz?
- Mən çox aktiv insanam. Məni
maraqlandıran hər bir şeyi öyrənməyə can
atıram. Mən həm də prodüser kimi
çalışıram. Deməzdim ki, reyissorların
işi məni qane eləmir, sadəcə, iş özü
mənə maraqlıdır. Ssenarini yazıb
gözləyə bilmərəm ki, nə vaxtsa bunu
çəkəcəklər. Bunu
gözləmək üçün mənim vaxtım yoxdur.
İstəyirəm ki, iş irəli
getsin. Ümumiyyətlə, mən hər
işlə maraqlanıram. Ona görə
reyissorluq da, prodüserlik də, ssenaristlik də edirəm.
- Prodüser kimi
fəaliyyətinizdən necə, razısınızmı?
- Bu, böyük problemdir,
çünki bizdə məktəb yoxdur. Artıq
sovet sistemi ilə işləmirik. Prodüser
məktəbinin yaranmasına ehtiyac var. İstedadlı adamlar
çoxdur, sadəcə, onlara yol açmaq, şərait
yaratmaq lazımdır.
Kaspi.- 2008.- 22 oktyabr.- S. 11.