Mükərrəmoğlu M.
Antalyada “Azərbaycan kinosu-110” adlı foto
sərgi
2008-ci il oktyabrın 18-də Antalyada
TÜRKSOY tərəfindən 45-ci “Altın Portakal” kino
festivalı və 4-cü Avrasiya Kino Festivalı
cərçivəsində “Azərbaycan kinosu-110” adlı foto
sərginin rəsmi açılışı oldu. Tədbirin
açılışını TÜRKSOY-un Baş direktoru
Dusen Kaseinov, Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyinin Antalya şəhər müdiri İbrahim Acar və
”Altın Portakal" Festivalının
təşkilatçıları etdilər.
Antalya Muzeyində təşkil
olunmuş sərgidə Azərbaycan filmlərini əks
etdirən 60 foto nümayiş etdirilir. Sərgi iki gün davam
etdiriləcəkdir. Sərgi Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
hazırlanmış və təmənnasız olaraq
TÜRKSOY-a hədiyyə edilmişdir. Gələcəkdə
fotolar TÜRKSOY arxivinin Azərbaycan mədəniyyəti
materiallarına daxil ediləcəkdir.
Xalq qəzeti.- 2008.- 21 oktaybr.-
S. 7.