Mükərrəmoğlu M.

 

Xalq üçün yaradanlar xalqın yaddaşında əbədi yaşayacaq

 

15 oktyabr kinorejissor, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin ad günüdür. Hüseyn Əli oğlu Seyidzadə 1910-cu ildə İrəvan şəhərində dünyaya göz açmışdı. Onun valideynləri (atası tanınmış tacir idi) Hüseyn 3-cü sinifdə oxuyarkən Tiflisə, oradan da Bakıya köçməli olub. Bacısı Zəhra xanım deyirdi ki, o, hələ balaca vaxtından kinoya həvəs göstərər, bizi tez-tez filmlərə baxmağa aparardı. Hətta bir dəfə anam Ruqiyyə ilə məni kinofabrikə aparıb, “Əlsizlərfilmində kütləvi səhnədə çəkdirmişdi.

Orta məktəb illəri, sonra isə Moskva Dövlət Kinematoqrafiya İnstitutu. Bu institut onlarla azərbaycanlı gəncin kino sənətinə yiyələnməsində əvəzsiz rol oynamışdı. Hüseyn bu institutda təhsil alıb bədii film rejissoru sənətinə yiyələnmişdi.

Təhsilini başa vurub Bakıya qayıdandan sonra ilk dəfə “Ayna” filmini çəkmişdi, özü də kinorejissor Niyazi Bədəlovla birlikdə. Amma, bu film yarımçıq qaldı. Sonradan bu filmə qayıdan rejissor onun materialları əsasındaSovqatadlı film yaratdı. Əlbəttə, yenə Niyazi Bədəlovla birgə. Film 1943-cü ildə ekranlara buraxıldı. Müharibə mövzusunda lentə alınan bu kinolentdə cəbhəyə sovqat göndərən insanlar haqqında söhbət açılırdı.

1955-ci ildən çəkməyə başladığı “O olmasın, bu olsun” filmi milli kinomuzun çox qyimətli numunələrindəndir. Bəzi təhqiqatçılar onu ilk rəngli film kimi qələmə verirlər. Əslində isə ondan əvvəl rəngli film var idi.

Film 1956-cı ildə ekrana çıxardıqdan sonra dünyanın bir çox ölkələrinə satılıb. O, cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İçveçrə Macarıstan tamaşaçıları filmə baxa bilmişdilər. Bu gün artıq dünyanın 100-dən çox ölkəsində bu filmin müvəffəqiyyətlə nümayiş etdirildiyi məlumdur.

Filmdə Sərvər roluna ilkin olaraq Rəşid Behbudovu çəkmək nəzərdə tutulurdu. Lakin Rəşid Behbudov sonradan etiraz edir həmin rola A. Mirzəquliyevi çəkirlər. Hüseyn müəllim bu həkim oğlana etibar etdi onun ekran debütü uğurlu alındı.

Filmdə Azərbaycanın məşhur aktyorlarının bir növ qalereyası yaradılmışdır. Heç bir filmdə bu qədər məşhurlar bir yerə toplanmamışdı.
Yenilməz batalyonfilminin onun yaradıcılığında məxsusi rolu var. Bu film Azərbaycanda baş verən real inqilabi hadisələrin bədii mənzərəsini yaradır. Rejissorun bu filmi kinomuzda çox maraqlı hadisə idi.
60- illərdə studiyada çox qəribə bir qalmaqal yarandı. Mahiyyət bundan ibarət idi ki, şair Novruz Gəncəli Alla Axundova Hüseyn Seyidzadənin birgə yazdığıYaşayın, qızlarssenarisinin ona məxsus olduğunu iddia edirdi.
O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildəAzərbaycanjurnalında dərc edilmişBizim sahildəadlı əsərindən oğurlandığını bildirir ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi.

Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova ssenarinin müəllifi kimi təsdiq olundu, elə Hüseyn Seyidzadənin iştirakı ilə. Filmi isə rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıtdı. Buna baxmayaraq, yenə öz sənəti uğrunda mübarizəsini davam etdirdi. Sonrakı mübarizə isəDəli Kürfilmi ilə bağlı oldu.
Bu filmin taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı 1970-ci ildə film ekranlara çıxarıldı. Burada filmin məziyyətlərindən danışmaq istəmirik.

Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan epizodları diqqətə çatdırırıq.

Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı satarlar, bağışlayarlar. Cavabında qubernator deyir: “Baxarıq!” Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: “Deyəsən, könlündən Sibir keçir” — deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtardı. sonda “Ana Kürmahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə , filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə imkan verə bilməzdi.

Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. Qatır Məmmədfilmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin.

Koroğlu”da da, “Qayınana”da da bunlar çox aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyulun 2-də bu böyuk sənətkar dünyasını dəyişdi.

Xalq qəzeti.- 2008.- 14 oktyabr.- S. 7.