Mükərrəmoğlu M.

 

O, öz sənətini ürəkdən sevirdi

 

Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açmışdı. İlk təhsilini burada almışdı. Səhnə fəaliyyətinə Gəncədə başlamışdır. 1938-ci ildə bu teatrda həvəskar kimi kiçik rollar yaradan Nəcibə xanım az keçmədən məşhurlaşır tezliklə Bakıya gəlir. BuradaAzərbaycanfilmkinostudiyasında aktrisa kimi fəaliyyətini davam etdirir. Nəcibə xanım ilkin olaraq 1947-ci ildə Zeynəb KazımovanınFətəli xanfilmində Xədicə rolunda çəkilib. Bu saray qadınının ifası onun üçün ilkin olaraq çətinlik yaratsa da, tezliklə kameranın qarşısında özündə qüvvə tapdı elə o vaxtdan da onun, kinoya çəkilişləri davam etməyə başladı.

“Ögey ana” filmində isə 1958-ci ildə çəkildi. Rejissor Həbib İsmayılov onu bu filminə dəvət edəndə aktrisanın yaradıcı imkanlarını nəzərə almışdı. Nəcibə xanım elə ilk sınaq çəkilişindən bu rola təsdiq olunmuşdu. Onun xanım-xatın görkəmi, zəngin aktyor plastikası, obrazı özününküləşdirmək bacarığı Həbib İsmayılovu razı salmışdı. Amma bu obraz olduqca çətin, məsuliyyətli bir rol idi. Nəcibə xanım deyirdi ki, Ceyhunun (Ceyhun Mirzəyev) oyunu qarşısında Dilarəni zəif oynamaq mümkün deyildi.

Film boyu Nəcibə xanımın bütün ifasına diqqətlə nəzər yetirmişəm. qənaətim belə olub ki, Nəcibə xanım öz ifasında ən kiçik detalı belə unutmayıb. Xüsusilə, onun İsmayılın evdən qaçdığı vaxtda keçirdiyi ağrıların şahidi olmuşam. Aktrisa o qədər təbii, orijinal oynayır ki, “ögey ananın səmimiyyətinə inanırsan. “Ögey anaNəcibə xanımın kino yaradıcılığında məxsusi yer tutur. Ümumiyyətlə, Dilarə bizim qadın kino qəhrəmanları arasında öz yeri olan personajdır.

“Aygün”dəki Aygün obrazı isə Nəcibə xanımın maraqlı rollarındandır. Bu filmdə yaratdığı Aygün obrazı ilə aktrisa kino sənətinə dərindən yiyələndiyini təsdiq etdi. Aygün rolu ilə aktrisa geniş tamaşaçı kütləsi arasında daha da məşhurlaşdı. Aygünün simasında aktrisa Azərbaycan qadınının fədakarlığını, əzmini bir daha ekran dili ilə tamaşaçılara çatdıra bildi. Səməd Vurğun yaradıcılığının bu qiymətli nümunəsinin ekrandakı uğurunun böyük bir qismi məhz Nəcibə xanımın yüksək ifaçılıq bacarığı ilə bağlı idi.

1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi bu filmdə Aygünün həyat yoldaşı Əmirxanın obrazını Həsənağa Salayev oynayırdı. Bu iki məşhur sənətkarın dueti filmin müvəffəqiyyəti üçün əsas olmuşdur.

Kinodram janrında çəkilən filmdə Nəcibə xanımın Aygünü poemadakı Aygünlə tam uyğundur. Nəcibə xanım onu elə ustalıqla yaradıb ki, tamaşaçı bu qadının taleyinə həqiqətən acıyır. Amma o, əzmkarlığı ilə hər bir çətinliyə qalib gəlir. sonda dağılmış ailə yenidən qovuşur.

“Leyli və Məcnun” filmində isə rejissor Lətif Səfərov Nəcibə xanıma Leylinin anası Səlimənin rolunu vermişdi. Bu rolun bütün çətinliklərinə baxmayaraq aktrisa onu da uğurla yaratmışdır.

Aktrisanın ən böyük rollarından biri “Əhməd haradadır?” filmindəki Nərgiz xala rolu olmuşdur. Kinorejissor Adil İsgəndərov onu bu rola dəvət edəndə heç tərəddüd etmədən razılıq vermişdi. Bu kənd qadınının bütün keyfiyyətlərini ustalıqla yaradan aktrisa bir daha təsdiq etdi ki, o, müxtəlif xarakterlərin mahir ifaçısıdır.

Nəcibə Məlikovanın Nərgizi ağıllı, tədbirli qadındır. Oğlunun dalınca kənddən Bakıya gələn Nərgiz xala burada qarşılaşdığı vəziyyətlərdən məharətlə baş çıxarır. Hiss olunur ki, ailədə söz sahibidir. O, gözəl ailə sahibi olmaqla yanaşı, mehriban qayğıkeş anadır. Uşaqlarını dərin məhəbbətlə sevir, onların taleyinə biganə deyil. “Arşın mal alan” (II variant) filmindəki Cahan xala rolunu da aktrisa böyük sənətkarlıqla yaratmışdır. Əvvəl bu rolu ekranda Münəvvər Kələntərli ifa etmişdi. Nəcibə xanım da bu rolu çox təbii oynayır. Cahan xala öz bacısı oğlunu xoşbəxt görmək istəyir. İstəyir ki, Əsgər (Həsən Məmmədov) ailə qursun, subaylığın daşını atsın. Ondan ötrü elçi gedib qız seçməyə hazırdır.

Bu mehriban, qayğıkeş qadın obrazını o, özünəməxsus cizgilərlə yaratmışdır.

“Qanun naminə” filmində isə onun ifa etdiyi Zərintac başqa ampluadadır. Onun qəhrəmanı əslində cinayətkardır. Anbardar Məmmədxanla gizli əlaqəyə girib, prokurorun evinə soxulmağa cəhd göstərir.

Nəhayət, “Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmində Natavan rolunu oynayır. Nəcibə xanım bu rolun öhdəsindən də məharətlə gələrək, onu tamaşaçılara sevdirmişdir.

Sonrakı illərdə Nəcibə Məlikova səhnə fəaliyyətini də davam etdirmiş, Milli Akademik Dram Teatrında klassik və müasir mövzulu tamaşalarda oynamışdır.

Aktrisa 1992-ci il iyulun 27-də Bakıda vəfat etmişdir. Nəcibə xanım xalq artisti fərzi adına layiq görülmüşdür. Onun filmləri bu gün kino fondumuzda saxlanılır, vaxtaşırı ekranlarda nümayiş etdirilir.

Xalq qəzeti
.- 2008.- 24 oktyabr.- S. 8.