Oqtay Mirqasımov: Arzu
etməyi bacarmaq, təmiz niyyətli olmaq lazımdır
AzərTAc xəbər verir ki, oktyabrın 3-də “Azərbaycan” kinoteatrında xalq artisti, rejissor Oqtay Mirqasımovun quruluşunda lentə alınmış “Günaydın,
mələyim” bədii
filmi jurnalistlərə
təqdim olunmuşdur.
Film
göstərildikdən sonra O.Mirqasımov mətbuat
konfransı keçirmişdir.
O,
filmin çəkiliş prosesindən, bu ekran
əsərində tamaşaçılara aşılamaq
istədiyi ideyadan söz aşmışdır. Bildirmişdir ki, filmin ideyası Qarabağ müharibəsində
ərini itirmiş, körpəsi ilə tək qalmış, lakin dəyanətini itirməmiş bir qadının sözlərindən
sonra yaranmışdır.
Həmin qadın demişdir: “Mən bilirəm ki, ərim artıq qayıdan deyil. Amma mənin onun qayıtmasına bərabər bir arzum var - ərimin
qəhrəmancasına həlak
olduğu bu müharibədə biz qələbə çalaq”.
O.Mirqasımov
demişdir ki, ilk baxışda filmin süjeti adama
qəribə gəlir. Ən başlıcası, arzu etməyi bacarmaq, saf niyyətli olmaq lazımdır. Şəxsən mən bunu bacarıram.
Bu
filmdə müəllif yalnız müharibə
qəhrəmanı obrazı yaratmaqla qalmır, eyni zamanda
tamaşaçılarına xatırladır ki, aramızda
belə arzularla yaşayanlar az deyil. Onlar
mələklərə inanmırlar, amma insanın daxilində
yüksək ruhun təcəssümünə
şübhə etmirlər.
Filmdə
xalq artistləri Fuad Poladov, Telman Adıgözəlov, Bəsti
Cəfərova və əməkdar artist Ayan Mirqasımova
çəkilmişlər.
Yeni
ekran əsərinə musiqini Elmar Fell yazmışdır.
Filmin
premyerası oktyabrın 4-də olacaqdır.
İki sahil.- 2008.- 4 oktyabr.- S. 16.