Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir
AzərTAc xəbər
verir ki, oktyabrın 10-da Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası
keçirilmişdir. İclasda son 5 ildə görülən işlər
və qarşıda duran vəzifələr müzakirə olunaraq tədbirlər planı təsdiq edilmişdir.
Ölkəmizdə
kinematoqrafiya ilə bağlı həyata keçirilən
tədbirlər barədə danışılarkən
bildirilmişdir ki, Azərbaycan kino sənəti bir
əsrdən artıq dövr ərzində əlamətdar
hadisələrlə zəngin olmuş,
özünəməxsus inkişaf yolu keçmiş,
xalqımızın mədəni-mənəvi həyatında
mühüm rol oynamışdır. 1991-ci
ildən etibarən ölkəmizin vahid kino sistemi dağılmağa
başlamış və
Azərbaycan kinematoqrafiyası
bir sıra çətinliklərlə üzləşmişdir.
Keçid mərhələsində
ciddi problemlərə
baxmayaraq, müstəqillik
dövründə Azərbaycan
kinosu qısa vaxt ərzində müəyyən uğurlar
əldə etmişdir.
Dövlətin mədəniyyətimizə,
onun bir qolu olan kinematoqrafiyaya
qayğısı bu işdə əhəmiyyətli
dönüş yaratmışdır.
Dövlət Film Fondunun yeni binasının
tikintisi ilin sonunadək başa çatdırılacaqdır. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
əsaslı təmir
edilir, "Nizami" kinoteatrında təmir işlərinə başlanacaqdır
və sair. Bu sahədə aparılan islahatlar, kadr siyasətinin həyata keçirilməsi
kino sənətində
yeni, müasir fikrin fomalaşmasına kömək etmişdir. Beynəlxalq aləmdə Azərbaycan kinosu nümunələrinə maraq
artmaqdadır.
Vurğulanmışdır
ki, bununla arxayınlaşmaq olmaz, Azərbaycan kinosunun dünya
standartlarına çatdırılması üçün
hələ çox iş görülməlidir.
İclasda beynəlxalq
müqavilələrin bağlanılması və nazirliyin
tabeliyindəki kütləvi informasiya vasitələrinin
fəaliyyəti barədə də danışılmışdır.
Azərbaycan.- 2008.- 11 oktyabr.- S. 6.