ATİB-in
dəstəyi ilə simfonik konsert keçirildi
ATİB-in dəstəyi
ilə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
skripka ustası, Filarmoniya İstanbul Orkestrinin baş dirijoru Hakan Şensoyun müşayiəti
ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirildi. Solistlər respublika müsabiqələr
laureatı Fəridə
Rüstəmova və
respublikanın əməkdar
artisti Arzu Mustafayev idilər.
Konsertdə M.Bekenin
"Ayşenin fantaziyası",
A.Vivaldinin "İlin
fəsilləri", "Yay",
P.Sarasetenin "Əndəlis"
romansı, H.Şensoyun
"Səhnələr", Frank Britişn mövzusu üzərində variasiyalar
səsləndirilmişdir.
Xatırladaq ki, Hakan Şensoy
İtaliya, Polşa, Rumıniya, İsveç,
İngiltərə, Meksika
və Türkiyədə
bir çox orkestr konsertində solist olaraq iştirak
etmişdir. Dəfələrlə
ən yüksək müsiqi mükafatlarına
layiq görülmüş
Hakan Şensoy bir çox radio və televiziya proqramlarında prodüsser
və şərhçi
olaraq çalışmış,
türk bəstəkarlarının
əsərlərini şərh
etmişdir. Buna bariz nümunə olaraq, Yalçın Turanın skripka və piano üçün "Üç
vals" və bəstəkarın Şensoya
ithaf etdiyi skripka və kamera solistləri üçün "Oyun havaları" adlı əsəri, Münir Nurettin Bekenin skripka üçün
"Keçmişə rəqs"
əsərini ilk dəfə
səsləndirmişdir.
ATİB hər
zaman ölkələrimiz
arasındakı mədəni
və sosial əlaqələrin inkişafına,
o cümlədən Azərbaycanın
mədəni irsinin və sahib olduğu potensialın həm Türkiyədə, həm
də adı çəkilən musiqiçilər
vasitəsi ilə dünyanın digər ölkələrində tanınmasına
töhfə verməklə,
eyni zamanda iki ölkənin mədəni irsinin nə dərəcədə
oxşar olduğunu sübut edir.
Azərbaycan.- 2008.- 11 oktyabr.- S. 7.