Bakıda XIII uşaq muğam
festivalı başa catmışdır
Oktyabrın 22-də Rəşid
Behbudov adına
Dövlət Mahnı
Teatrında Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin
keçirdiyi ənənəvi
XIII uşaq muğam festivalına yekun vurulmuşdur.
Tədbirdə muğam ustaları, Bakıdakı xarici səfirliklərin nümayəndələri,
ictimaiyyət və mədəniyyət xadimləri
iştirak etmişlər.
May ayında Ağdamın Quzanlı qəsəbəsində start götürmüş,
Hacıqabul, İsmayıllı,
Abşeron rayonlarının,
Sumqayıt və Bakı şəhərlərinin
ərazisini əhatə
edən festival 16 yaşınadək
gənc istedadlar arasında keçirilmişdir.
XIII uşaq muğam festivalının
seçim kampaniyasının
artıq sona çatdığını bildirən
"Kainat" Gənclik
Mərkəzinin rəhbəri,
festivalın təşkilatçısı
Rahib Rəsulzadə demişdir ki, son zamanlar ölkəmizdə
qədim muğam irsimizin öyrədilməsi
və təbliği ilə bağlı yüksək səviyyədə
geniş işlər aparılmışdır. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək
diqqəti və qayğısı sayəsində
muğam sənətinin
qorunması, təbliği
və inkişaf etdirilməsi sahəsində
həyata keçirilən
layihələr öz
bəhrəsini verməkdədir.
İndi Azərbaycanın hər yerində muğama maraq daha da
artmışdır və
Təşkilat Komitəsi
seçim zamanı bunun bir daha
şahidi olmuşdur.
Sonra festivalın 14 nəfər
qalibinin yekun konserti olmuşdur. Onları
Baba Salahov adına
xalq çalğı
alətləri ansamblı
müşayiət etmişdir.
Festivalda iştirak edən gənc ifaçıların
hər birinə diplom, 3 nəfərə isə həvəsləndirici
mükafat təqdim edilmişdir.
Birinci yerə Orxan Əbilov layiq görülmüşdür.
Misir Ərəb Respublikasının
Bakıdakı Mədəniyyət
Mərkəzinin nümayəndəsi
qaliblərə qiymətli
hədiyyələr vermişdir.
Respublika.- 2008.- 23 oktyabr.- S. 8.