Bakıxanov T.

 

Dostluğumuza xələl gətirməyin!

 

İlk dəfə olaraq 2007-ci il dekabr ayının ortalarında mənə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbərliyi tərəfindən İranın Ərdəbil şəhərinə yaradıcılıq səfərinə getmək təklif olundu. Bu təklif məni çox sevindirdi. Mənim Ərdəbil şəhəri haqqında oxuduqlarımdan təəssüratım var idi. Qədim Ərdəbil şəhərinin tarixi yerlərini görmək oranın müsiqiçilərilə görüşmək mənim çoxdankı arzum idi. Bu arzuma da çatdım.

Həmin zaman Azərbaycanın məşhur bəstəkarı, “Ayrılıq”, “Sizə salam gətirmişəm” kimi şöhrətli mahnıların müəllifi və Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü doktor Əli Səliminin anadan olmasının 85 illiyi münasibətilə Ərdəbil şəhərində bu şəhərin incəsənət mərkəzi tərəfindən mərasim keçirildi. Bu mərasimdə böyük hörmətlə qarşılanan Əli Səlimi ilə yanaşı, mənim yazdığım mahnılar da səsləndi. Bu mahnılar tanınmış Ərdəbil müğənnilərindən Vədud Müəzzini, Bahəddin Xorasani tərəfindən xalq çalğı alətləri ansamblının müşayiəti ilə ifa olundu.

Ustad Səlimi 1922-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya göz açıb. O, tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. 1930-cu illərin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə tarzən Adil AxunzadəTehran radiosunun solisti tanınmış xanəndə Mustafa PayanTehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında İrana köçməli oldular.

Mənim Ərdəbilə ikinci səfərim daha maraqlı oldu. Belə ki, bu il iyulun 15–16-da Ərdəbildə görkəmli bəstəkar Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi. Bu sətirlərin müəllifi görkəmli tarzən, respublikanın xalq artisti, Azərbaycan Televiziya radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının rəhbəri Möhlət Müslümov müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunmuşduq. Həmin müsabiqədə Təbriz, Ürmiya, Zəncan Ərdəbil xanəndələri iştirak edirdilər. Festival sona çatdıqdan sonra müsabiqənin qaliblərinə münsifllər heyətinin üzvlərinə fəxri diplom Bahar-Azadqızıl sikkə mükafatları təqdim olundu.

Təəssüflər olsun ki, bu günlərdə təsadüfən internetdə İRNA agentliyinin festivaldan aldığım xoş təəssüratlara kölgə salan yazısına rast gəldim.

Agentlik yazır: Muğam İran musiqisidir. Bakı musiqiçiləri elə belə deyirlər. İran xəbər agentliyinin yazdığına görə, guya Bakıdan yarışmaya gəlib yarışmaçılar arasında hakimlik edən Tofiq Bakıxanov deyib ki, muğam musiqisi İran musiqi ailəsinə aiddir.

Sonra yazılır ki, Ərdəbildə keçirilən yarışmanı azərbaycanlı musiqi ustadının xatirəsinə yapıblar. Amma ustad Səlimi adına hazırlanan bu yarışmanın xəbərini verən İRNA agentliyi, onun haqqında belə yazır: Ünlü azəri tar çalanı, Azərbaycan musiqisinin ustadı olan Əli Səlimi əslən, ərdəbilli olan İranlı ata-anadan Bakı şəhərində doğulubdur! Görəsən, belə olaylara Quzey Azərbaycanda münasibət necə olar? Heç görəsən, orda kimsə bu olaylarla maraqlanırmı? Əlavə edək ki, Abbas Nikrəvan adlı Səlmaslı musiqiçi musiqimizi satışa qoyduqlarına etiraz olaraq bu yarışmanı tərk etmişdir.

İRNA xəbər agentliyinin yazdığı bu məlumata mən öz etirazımı bildirirəm. Əvvəla onu deyim ki, festivalın açılışında çıxış edənlərdən biri mən olmuşam."Azərbaycan İran musiqiçilərinin qarşılıqlı əlaqələri" mövzusundan bəhs etmişəm. İkincisi, məndən bircə dəfə intervü alınıb, o da mənim həyat yaradıcılığımla bağlı olub. Mən peşəkar musiqiçi-bəstəkar, Azərbaycan muğamlarının qorunub saxlamasında əvəzolunmaz xidmətləri olan görkəmli muğam ustadı, Əhməd Bakıxanovun oğluyam. Mən dünyaşöhrətli bəstəkarlarımız Fikrət Əmirov Niyazinin yaratdıqları simfonik muğam ənənəsinin davamçısı olaraq beş simfonik muğam yazmışam: “Nəva”, “Rahab” “Humayun”, “Şahnaz”,"Dügah". Bu muğamları yazarkən muğam ustadı dərin bilicisi Əhməd Bakıxanovun tarda çalğısına əsaslanmışam.

İRNA agentliyinin yazdığı haqqında yalnız onu deyə bilərəm ki, bu yalanları, böhtanları, şayiələri yayanlar ancaq təxribat məqsədi güdürlər. Mən bir Azərbaycan bəstəkarı olmaqla Azərbaycan muğamlarının dünyada şöhrət qazanması ilə fəxr edirəm. Bu uydurmalara baxmayaraq, bizAzərbaycan İran musiqiçiləri yaradıcılıq əlaqələrimizi yenə inkişaf etdirəcəyik.

Sözümü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikri ilə tamamlamaq istərdim: “Dövlətimizin siyasəti odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır. Bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız daimidir bunu davam etdirəcəyik”.

 

Xalq qəzeti.- 2008.- 12 oktyabr.- S. 7.