Brüsseldə Azərbaycan muğamı səslənmişdir

 

Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyi Heydər Əliyev Fondunun dəstəyi ilə Brüsselin Kral İncəsənət sarayında Milli Müstəqillik Günü münasibətilə rəsmi ziyafət və muğam konserti təşkil etmişdir.

Ölkəmizin Belçika Krallığındakı səfiri Emin Eyyubov qonaqlara muğam sənəti haqqında məlumat vermiş, onun inkişafında və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi əməyini yüksək qiymətləndirmişdir. O, muğamın 2003-cü ildə YUNESKO-nun "Qeyri-maddi irsin şah əsəri" siyahısına daxil edildiyini buna görə muğamın indi təkcə Azərbaycanın deyil, bütün dünyanın mədəni irsi olduğunu bildirmişdir.
Konsertdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsinin qalibləri Arzu Əliyeva Babək Niftəliyev muğam xalq mahnılarını ifa etmişlər. Onları əməkdar artistlər Elçin Haşımov (tar) Elnur Əhmədov (kaman) müşayiət etmişlər.

Konsertdə Belçikanın rəsmi qurumlarının və ictimaiyyətinin nümayəndələri, Avropa İttifaqı və NATO rəsmiləri, ayrı-ayrı ölkələrin səfirləri, Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Azərbaycan.- 2008.- 17 oktyabr.- S. 8.