Gənc istedadların yekun konserti keçirildi

 

Son zamanlar ölkəmizdə qədim irsimizin öyrənilməsi və təbliği ilə bağlı yüksək səviyyədə işlərin aparılmasına diqqət artırılmışdır. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə görkəmli muğam ustalarımızın antologiyasının işıq üzü görməsi, ölkə Prezidenti cənab İlham Əliyevin respublikada Muğam Mərkəzinin yaradılması haqqında sərəncamı, deməyə əsas verir ki, bu işlərin regionlarda da aparılması üçün yerli təşkilatların diqqətinə ehtiyac vardır.

Bu baxımdan, ötən il olduğu kimi, "KAİNAT" Gənclik Mərkəzi bölgələr üzrə yaradıcı qrupla birgə gənc istedadların seçiminə 2008-ci ilin may ayından zonalar üzrə start vermişdi. Belə ki, respublika Gənclər İdman Nazirliyinin dəstəyi ilə Təşkilat Komitəsi fəaliyyətə başlamışdı. Son seçmə tur isə Bakı Bakıətrafı zonalarını, bir Abşeron Sumqayıtı əhatə edirdi. Hazırda final mərhələsinin keçirilməsinə start verilib. 15 gənc istedad Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiəti son mərhələdə çıxış etdi. Yekun konserti qaliblərin mükafatlandırılması mərasimi Dövlət Mahnı Teatrında təşkil olundu. Tədbirdə muğam ustaları, Bakıdakı xarici səfirliklərin nümayəndələri, ictimaiyyət mədəniyyət xadimləri iştirak etdirdilər.

Ağdamın Quzanlı qəsəbəsində start götürmüş, Hacıqabul, İsmayıllı, Abşeron rayonlarının, Sumqayıt və Bakı şəhərlərinin ərazisini əhatə edən festival 16 yaşınadək gənc istedadlar arasında keçirilmişdir.

"Kainat" Gənclik Mərkəzinin rəhbəri, festivalın təşkilatçısı Rahib Rəsulzadə son zamanlar ölkəmizdə qədim muğam irsimizin öyrədilməsi və təbliği ilə bağlı yüksək səviyyədə geniş işlər aparıldığından söz açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı sayəsində muğam sənətinin qorunması, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən layihələrin öz bəhrəsini verdiyini bildirdi. İndi Azərbaycanın hər yerində muğama maraq daha da artmış Təşkilat Komitəsi seçim zamanı bunun bir daha şahidi olmuşdur.

Yekun konsertində festivalın 14 nəfər qalibi Baba Salahov adına xalq çalğı alətləri ansamblı müşayiəti ilə ifaları dinlənildi. Festivalda iştirak edən gənc ifaçıların hər birinə diplom, 3 nəfərə isə həvəsləndirici mükafat təqdim edilmişdir. Birinci yerə Orxan Əbilov layiq görüldü.

Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin nümayəndəsi qaliblərə qiymətli hədiyyələr verdi.
   

Səs.- 2008.- 24 oktyabr.- S. 13.