Görkəmli bəstəkarın xatirəsinə həsr olunmuş foto-sərgi

 

Azərbaycan Dövlət Film Fondunda milli musiqimizin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli bəstəkar, respublika və SSRİ xalq artisi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun həyat və yaradıcılığına həsr edilmiş foto sərgi təşkil edilmişdir. Film fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev unudulmaz bəstəkarın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi:

- Görkəmli bəstəkar musiqi təhsilini indiki Bakı Musiqi Akademiyasında almışdır. Böyük Vətən müharibəsi iştirakçısı idi. Azərbaycan bəstəkarlıq tarixinə bəxş etdiyi əvəzsiz töhfələrə görə o, bir çox fəxri adlarla təltif olunmuşdur. Fikrət Əmirov, eyni zamanda, kino sahəsində misilsiz xidmətləri olmuşdur. "Səhər", "Böyük dayaq", "Yaşamaq gözəldir, qardaşım", "Firəngiz" başqa filmlərə musiqi bəstələmişdir. Sənətkarın yaradıcılığından bəhs edən "Fikrət Əmirov" sənədli filmi çəkilmişdir.

Bəstəkarın xatirəsinə həsr edilmiş foto sərgidə xarici ölkə arxivlərindən yeni əldə edilən, eləcə Dövlət Foto-Kino Sənədləri Arxivindən daxil olmuş fotolardan istifadə edilmişdir.

 

Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 4.