Orucov E.
Mədəniyyət
İlham Əliyev siyasətinin mühüm tərkib
hissəsidir
Oktyabrın 19-da
Mərkəzi Seçki Kommisiyası növbəti
iclasında prezident seçkilərinə yekun vurmuşdur. Həmin iclasda bir daha bildirmişdir
ki, komissiyanın müəyyən etdiyi nəticələrə görə
İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak
etmiş seçicilərin
88,73 faizinin səsini qazanaraq böyük üstünlüklə qalib
gəlmişdir.
İlham Əliyevin
ötən beş ildə milli-mənəvi
dəyərlərimizin qorunmasında,
mədəniyyətimizin bütün sahələrinin
inkişafında hədsiz xidmətləri olmuşdur. Qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması
olduqca çətin prosesdir, buna dövlət rəhbərinin
müdaxiləsi olduqca
vacibdir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın mədəniyyəti, mənəvi
dəyərləri gələcək
nəsillər üçün
qorunur, inkişaf etdirilir və dünyaya tanıtdırılır.
Cənab İlham
Əliyevin ötən beş ildə mədəniyyətimizin
inkişafına göstərdiyi qayğının
nəticəsidir ki, bu gün YUNESKO Azərbaycan
mədəniyyətinə böyük diqqət
göstərir. Bizim İçərişəhər,
Şirvanşahlar Dövlət
Qoruq Kompleksi, Qobustan həmin təşkilatın mədəni
irs siyahısına daxil edilmişdir. Muğam sənətimiz isə YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmışdır.
Bunların mahiyyəti
odur ki, Azərbaycanın qədim
mədəniyyətinə dünyanın
nüfuzlu təşkilatları
diqqət göstərir,
onu bəşəri dəyər kimi qeydə alır. Möhtərəm Prezidentimiz
İlham Əliyevin ötən beş ildə Azərbaycan xalqı qarşısındakı
xidmətləri olduqca
böyükdür. Söz
yox ki, ölkəmizin
iqtisadi cəhətdən
qüdrətli dövlətə
çevrilməsi, Qafqazda
liderliyi ələ alması, bir neçə beynəlxalq layihələrin reallaşması,
regionların sosial iqtisadi inkişafında əldə olunan uğurlar, sosial sferada qazanılan uğurlar bu nailiyyətlərin bariz nümunəsidir. Amma bütün bunlarla yanaşı, mədəniyyət,
incəsənət sahələrində
baş verən yeniliklər onu deməyə əsas verir ki, cənab
Prezidentimiz bu sahəni heç vaxt diqqətdən kənarda qoymamışdır.
Cənab Prezident Azərbaycan Rəssamlar İttifaqının 65 illik
yubileyi münasibətilə
keçirilən tədbirdəki
nitqində demişdir:
“...Bütövlükdə ölkənin mədəni
həyatına çox
böyük diqqət
göstərilməlidir. Mən
Prezident kimi çalışıram ki,
bu sahə diqqətdən kənarda qalmasın. Bu sahəyə daim diqqət verilməlidir və son müddət
ərzində Azərbaycanın
iqtisadi imkanları artdıqca, əlbəttə,
biz bunu daha da sürətlə
həyata keçiririk”.
Doğrudan da,
2003-cü ildən sonra
bu sahəyə dair möhtərəm Prezidentimizin yüzlərlə
sərəncamı olmuşdur.
Bir faktı diqqətə çatdırmaq istəyirəm.
Ötən beş ildə iki ölkədə
(Rusiya, Almaniya) Azərbaycan ili, Azərbaycanda Rusiya ili, 7 xarici ölkədə
"Azərbaycan mədəniyyəti
günləri" Azərbaycanda
isə 100-dən artıq belə tədbirlər keçirilmişdir.
Mədəniyyət abidələrimiz
bir-birinin ardınca təmir olunub yenidən istifadəyə
verilmişdir. 2004-cü ildə
Filarmoniya, 2007-ci ildə
A. Şaiq adına Kukla Teatrı, 2008-ci ildə Rus Dram
Teatrı müasir üslubda yenidən qurularaq tamaşaçıların
ixtiyarına verilmişdir.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun
120 illik yubileyinin təntənə ilə keçirilməsi ölkəmizin
mədəni həyatında
böyük hadisəyə
çevrildi. Heydər
Əliyev adına Sarayın, Azərbaycan Milli Akademik Dram Teatrının, Gənc Tamaşaçılar
Teatrının təmirə
başlaması mədəniyyətimizin
gələcək inkişafının
təmin olunmasına yönəldilən tədbirlərdir.
Tarix Muzeyinin, Ədəbiyyat Muzeyinin təmiri də bu dövrdə həyata keçirilən
mühüm tədbirlərdən
idi. Xüsusilə tarixi abidə kimi qorunan Tarix
Muzeyinin əsaslı təmiri cənab Prezidentimizin xüsusi diqqət mərkəzində
olmuşdur. Cənab Prezident demişdir: “Mən Tarix Muzeyinin bərpası ilə əlaqədar verilmiş qərarı özümə mənəvi
bir borc hesab edirəm”.
Məhz İlham
Əliyevin hakimiyyəti dövründə Muğam
Mərkəzinin, Xalça Muzeyinin tikintisinə
başlanmışdır. Bunların
çox unikal mədəniyyət mərkəzləri
olacağı şübhəsizdir.
Eyni zamanda İstiqlal Muzeyi, Müasir İncəsənət
Muzeyi tikintilərinə
başlanması ilə
əlaqədar da məhz İlham Əliyev sərəncamlar
vermişdir. Bu yaxınlarda ölkədə
Neft Muzeyinin və Etnoqrafiya muzeylərinin açılışı
mədəni həyatımızın
yeni hadisələridir.
Azərbaycan
Respublikası Prezidenti tərəfindən 2004-2008-ci
illərdə muzey işinin inkişafı ilə bağlı
6 sərəncam imzalanmışdır. Bu dövrdə 5
tarix-diyarşünaslıq muzeyi, 47 Heydər Əliyev Muzeyi
yaradılmışdır.
Muğam
müsabiqələrinin keçirilməsi də
milli-mənəvi dəyərlərimizə
göstərilən qayğının bariz nümunəsidir. Mədəniyyət abidələrinin qoruq kimi mühafizə
edilməsi məsələsi
də diqqət mərkəzində olmuşdur.
Ölkə Prezidentinin
sərəncamı ilə
2007-ci ildə Abşeron
rayonu “Yanar dağ” dövlət tarixi-mədəniyyət və təbiət, “Xınalıq” Dövlət
tarixi-memarlıq və etnoqrafiya, “Keşikçidağ”
Dövlət Tarixi Mədəniyyət, “Atəşgah”
məbədi Dövlət
tarixi-memarlıq qoruqları yaradılmışdır.
Kino sənətinin,
kitabxana işinin inkişafı da diqqətdən
yayınmamışdır. Məndə
olan məlumata görə, ötən beş ildə Azərbaycanda 13 tammetrajlı,
11 qısametrajlı bədii
film istehsal edilmişdir, 22 sənədli,
6 animasiya filmi çəkilmişdir. Dövlət
Film Fondu üçün yeni bina tikilmiş, istifadə üçün
hazırdır.
Mədəniyyətin
mühüm sahələrindən olan rəssamlıq
sənəti də bu dövrdə xeyli inkişaf etmişdir.
Bu yaxınlarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
yeni korpusu istifadəyə verilmiş, orada rəsm
qalereyası üçün xüsusi şərait
yaradılmışdır.
2006-cı il 27 dekabr
tarixdə cənab İlham Əliyevin Azərbaycan Rəssamlar
İttifaqının yubileyində iştirakı və orada
geniş və məzmunlu nitq söyləməsi rəssamlarımızın
sənətinə verilən yüksək qiymətdir. Cənab Prezident həmin nitqində demişdir: “Rəssamları,
heykəltəraşları narahat edən, maraqlandıran məsələlərdən
biri də emalatxana ilə təminatdır. Mən buna bir az
daha da geniş
kontekstdən baxıram.
Əlbəttə ki, emalatxanalar olmalıdır
və olacaqdır”. Bu, əlbəttə, bütün
rəssamların ürəyindən
olan sözlər idi. Ümummilli lider Heydər Əliyev rəssamların
emalatxanalarını özəlləşdirmək
imkanı yaratmışdı.
Ancaq bu gün bir qrup
rəssamlarımız var
ki, onların emalatxanaları da yaxşı vəziyyətdə
deyil, ya da ümumiyyətlə yoxdur.
Çox hörmətli
Prezidentimiz dünya rəssamlarının da
əsərlərinin saxlandığı Azərbaycan
Dövlət İncəsənət Muzeyinin təmir
edilməsi barədə də sərəncam vermişdir.
Buraya dünyanın hər yerindən qonaqlar gəlir və bu
muzeyin müasir tələblərə cavab verəcək
səviyyədə təmir olunması çox vacibdir.
Azərbaycan öz
yüksək tarixi-mədəni abidələri ilə
həmişə diqqət mərkəzində olmuşdur. İndi nüfuzlu beynəlxalq təşkilatlar
ölkəmizin mədəni
nailiyyətlərini öyrənir,
onun təbliğinə
xüsusi diqqət yetirirlər.
Avropa Şurasına daxil olan ölkələrin, İslam Konfransı ölkələrinin mədəniyyət
nazirlərinin bu yaxınlarda Bakıda keçiriləcək konfransları
bunu bir daha təsdiq edir. İslam Konfransı Təşkilatı
mədəniyyət nazirlərinin
konfransında 2009-cu ildə
Bakı şəhəri
İslam Mədəniyyətinin
Paytaxtı, elan olunmuşdur. Elə 2009-cu ildə İslam Konfransı Təşkilatı mədəniyyət
nazirlərinin VI konfransı
da Bakıda keçiriləcək.
Bütün bunlar
çox hörmətli Prezidentimizin mədəniyyət
sahəsində həyata keçirdiyi siyasət
nəticəsində mümkün olmuşdur. Ona görə də mədəniyyət
xadimləri məhz İlham Əliyevin yenidən Prezident seçilməsinə öz
səslərini vermişlər.
Xalq qəzeti.- 2008.- 22 oktyabr.- S. 5.