Qocayeva A.

 

İlham alıram” klipinin təqdimat mərasimi keçirildi

 

Dünən Bakı Dövlət Universitetində "İlham alıram" klipinin təqdimat mərasimi keçirildi. Klipin sözləri Tağı Sadiqin (Əhmədovun), musiqisi xalq artisti, tarzən Zamiq Əliyevindir. Musiqiləri xalq artisti Mələkxanım Əyyubova ifa edirdi.

Mərasimi giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov iştirakçıları cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, oktyabrın 15- ölkədə demokratik, şəffaf ədalətli prezident seçkilərinin keçirilməsini respublikada aparılan yenidənqurma, abadlıq quruculuq işlərinin xalq tərəfindən yüksək dəyərləndirilməsinin nəticəsi olduğunu vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə daxili xarici siyasət kursunun uğurla aparıldığını, həyatın bütün sahələrinin sürətlə inkişaf etdirildiyini, bir milyondan artıq qaçqın məcburi köçkünün sosial həyat şəraitinin yaxşılaşdırıldığını, əlillərə, şəhid ailələrinə, kimsəsizlərə diqqət qayğının daha da gücləndirildiyini vurğuladı. Rektor "İlham alıram" klipinin uğurlu alınması münasibətilə onun müəlliflərini təbrik etdi.

Sonra klipin nümayişi keçirildi. Klipdə istedadlı xanəndə, xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılması istiqamətində ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir.

Söz alan klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyev dövlət başçısının gördüyü dəyərli işlərin klipin yaranmasına səbəb olduğunu vurğuladı.

YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov çıxış edərək hamını layiqli siyasi xadim İlham Əliyevin yenidən ölkəyə rəhbər seçilməsi münasibətilə təbrik etdi. O bildirdi ki, ulu öndərin siyasi kursunun ardıcıl davamçısı cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib beynəlxalq aləmdə özünə layiq yer tutub. Natiq 15 oktyabr prezident seçkilərinin legitim, ədalətli dünya seçki qanunlarına uyğun keçirilməsini ölkədə yaranmış ictimai-siyasi sabitliyin, demokratiyanın, xalqın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların məntiqi nəticəsi kimi dəyərləndirdi.

Sonra çıxış edən şairlər Nəriman Həsənzadə və Zəlimxan Yaqub, xalq artisti Canəli Əkbərov, Çin Olimpiadasında Azərbaycan himnini səsləndirən Elnur Məmmədli, klipin sözlərinin müəllifi Tağı Sadiq dövlətimizin rəhbər İlham Əliyevin xalqına layiq övlad olduğunu, hakimiyyətdə olduğu dövrdə respublikanın dünyanın sivil ölkələri sırasında nüfuzlu yer tutduğunu vurğulayaraq onun yenidən ölkəyə rəhbər seçilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Mərasim tanınmış müğənnilərin ifa etdikləri musiqi sədaları altında davam etdirildi.

"İlham alıram" klipinin təqdimat mərasimində Milli Məclisin deputatları, universitet rektorları, yazıçı-şairlər və media nümayəndələri iştirak edirdilər.

Azərbaycan.- 2008.- 19 oktyabr.- S. 5.