Qulamova N.

Onun sənət dünyası

 

Milli ifaçılıq məktəbimizin görkəmli nümayəndələrindən biri əməkdar incəsənət xadimi, professor Oqtay Quliyev Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur. Peşəkar ifaçı, yüksək səviyyəli pedaqoq, musiqişünas, tədqiqatçı Oqtay Quliyevin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 45 illiyi tamam oldu.

Tanınmış musiqi xadimi elmə, təhsilə xüsusi fikir verən, qayğıkeş və həssas yanaşan ziyalılardandır. Oqtay Süleyman oğlu Quliyev uşaq yaşlarından incəsənətə böyük həvəs göstərmişdir. O, tarda gözəl çalmış Azərbaycan muğamlarının, mahnılarının, rəqslərinin bəstəkar əsərlərinin ifa sirlərini dərindən mənimsəmişdir. Musiqi sənəti sahəsində ilk müstəqil addımlarını atan Oqtay təhsil aldığı illərdə Azərbaycanda onun hüdudlarından kənarda müxtəlif konsert salonlarında, tədbirlərdə çıxış etmiş fəal tələbə kimi tanınmışdır. O.Quliyev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqi şöbəsində tar dirijorluq ixtisasları üzrə professor Səid Rüstəmov professor Süleyman Ələsgərovdan dərs almışdır. Bu professorların sinfini bitirmiş tələbələr peşəkar hazırlıq baxımından yüksək səviyyədə olmaqla öz fərdi ifaçılıq simasını tapmış, milli ənənələri öz yolları ilə yaşadıb davam etdirmişlər. Oqtay Quliyev tar ifaçılığı sahəsində Ümumittifaq beynəlxalq müsabiqələr laureatı olmuşdur. Milli folklorumuzun vurğunu olan Oqtay Quliyevin ifa etdiyi tar alətinin simindən çıxan hər bir ifa təkrarolunmaz bir sənət əsəridir.

O.Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrində solist, musiqi məktəbi, texnikum, ali məktəblərdə və eləcə də Türkiyənin Trabzon şəhərindəki Qara Dəniz Texniki Universitetinin "Gözəl sənətlər" fakültəsinin musiqi bölümündə tar sinfini açmış və milli musiqimizi tədris etmişdir. Sovet dövründə mahir tarzən haqqında mətbuatda maraqlı yazılar çap olunmuş, radio televiziya ekranlarında verilişlər hazırlanmışdır. Oqtay Quliyev müxtəlif dövrlərdə çap olunmuş metodiki tövsiyələrin, "Azərbaycan xalq çalğı alətləri orkestri" adlı monoqrafiyanın, tədris proqramların, dərs vəsaitlərin, elmi məqalələrin müəllifidir.

İfaçı kadrların yetişməsində onun əvəzsiz rolu olmuşdur. O.Quliyev məktəbinin yetişdirmələrinin bəziləri əməkdar, xalq artistləri, beynəlxalq, respublika müsabiqələri laureatları, tanınmış ifaçı, təcrübəli müəllimlərdir. Onun tələbələri Əhməd Bakıxanov adına respublika muğam müsabiqəsinin laureatı Elçin Həşimov, Ələkbər Ələkbərov digər tanınmış sənətkarlardır. Bütün bu deyilənlərin arxasında öz dövrünün xalqının yüksək düşüncə tərzinə, böyük insani keyfiyyətlərinə malik bir sima, geniş dünyagörüşlü bir şəxsiyyət durur. Professor Oqtay Quliyevi yubileyi münasibətiylə təhsil ocaqlarında çalışan həmkarları, tələbələri, xüsusən , Azərbaycan Milli Konservatoriyasının bütün işçi heyəti təbrik edir, ona cansağlığı, uzun ömür ailə xoşbəxtliyi arzulayır.

Azərbaycan.- 2008.- 7 oktyabr.- S. 6.