Sevil

 

Yaddan çıxmaz Qarabağ

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Yaddan çıxmaz Qarabağ" adlı ənənəvi incəsənət həftəsi keçirilib. Aksiya çərçivəsində "Açıq qapı günü" elan olunub. Ölkənin bir sıra şəhər rayonlarında keçirilən aksiyada sərgilər təşkil olunub, teatr-tamaşalar nümayiş etdirilib.

"Azərsun-Holdinq" də bu aksiyanı yaxındak dəstəkləyib. Belə ki, holdinqin mədəniyyət mərkəzində "Azərsun-Holdinq"in sponsorluğu ilə Şuşa Dövlət Musiqili Dövlət Dram Teatrının səhnələşdirdiyi " qayıq" tamaşası nümayiş etdirilib. Təşkil olunmuş tədbirdə çıxış edən holdinqin ictimaiyyətlə əlaqələr sosial xidmətlər departamentinin müdiri Kazım Babayev tamaşanın mövzusunun böyük əhəmiyyətindən bəhs edib. Elnurə Abdullayevanın əsərinə səhnələşdirilmiş tamaşa müharibə illərində yaşanılmış hadisələri özündə əks etdirib. Dramatik janrda olan əsərdə ağrılı-acılı illərdə yaşanmış iki saf məhəbbəti onların bu ülvi məhəbbətə sadiq qalmaları tamaşada öz əksini tapıb. Teatrın aktyorları Ramil Zeynalov, Ləman İmanova digərləri tərəfindən yüksək peşəkarlıqla canlandırılan obrazlar böyük tamaşaçı rəğbəti ilə qarşılanıb.
   

Həftə içi.- 2008.- 9 oktyabr.- S. 8.