Orqan
musiqisi axşamı
Arif Mirzəyev daha bir yeni
kompozisiyasını təqdim etdi
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Böyük zalında orqan
musiqisi axşamı baş tutdu. Bu, həm də bəstəkar və ifaçı Arif Mirzəyevin solokonserti idi. Artıq bir neçə ildir həmyerlimizi Rusiya və Almaniyada öz musiqiçiləri kimi qəbul edirlər. Arif Mirzəyevin Almaniyanın mədəniyyət aləminə
çox sıx daxil olması faktını onun Bakıya səfərinin təşəbbüskarı kimi
Almaniya Federativ Respublikasının ölkəmizdəki
səfirliyinin əməkdaşlarının
və şəxsən
səfir, doktor Per Stankinanın çıxış etməsi
təsdiqləyir.
Orqan musiqisi axşamında
fövqəladə və səlahiyyətli səfirin giriş
sözündən sonra "söz" son zamanlar nəinki
orqan üçün bəstələnmiş əsərlərin
müəllifi, həm də onların ifaçısı kimi
tanınan səbəbkara verildi. Qeyd edilməlidir
ki, fəaliyyətinin
əsas hissəsini klassik bəstəkarların
ölməz əsərlərinin
populyarlaşdırılması və müasir bəstəkarların orqan
üçün yazdıqları
kompozisiyaların peşəkarcasına
təqdimatını təşkil
edən Arif Mirzəyev bu konsertə çox ciddi hazırlaşıb və konsert boyunca bunu sezməmək mümkün
deyildi. Konsertdə İ.S.Bax, D.Bukstexude və müasir alman musiqisinin nümayəndəsi M.Nikelin
bəstələri ifa
olundu. Musiqisevərlər
həmçinin Arif Mirzəyevin özünün
bəstələdiyi "Baxın
xatirəsinə" birinci
orqan simfoniyasını
da dinləmək imkanı qazandılar. Arif Mirzəyev Azərbaycandan uzaqda yaşasa da, vətənlə əlaqəni
heç zaman kəsmir. Bir il öncə Bəstəkarlar İttifaqının
qurultayı keçirilərkən
o, mərhum prezident Heydər Əliyevin xatirəsinə
həsr etdiyi əsərini həmkarlarının
mühakiməsinə vermişdi.
Bu dəfə isə A.Mirzəyev "Üzeyir Hacıbəyli"
adlı orqan simfoniyasını təqdim
etdi. Simfoniya peşəkar musiqimizin banisinin ən populyar əsərlərinə
improvizələrlə zəngin
idi.
Həftə
içi.- 2008.- 25-27 oktyabr.- S. 8.